Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-326/2021 12.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2, İcra və probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X1 iştiraki ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hərbiçi, ünvan 1 mənzil 1 A ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhəri məhkəməsinin 2(051)-707/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədi olunmadığına görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri məhkəməsinin 2(051)-707/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan 15 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 1200 manat olan boyunbağı, 5 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 400 manat olan qolbağ; 5 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 400 manat olan sırqa, 7 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 850 manat olan nişan üzüyü, 1 ədəd divan kreslo üçün örtük, qiyməti 50 manat, 1 ədəd divan kreslo dəsti, qiyməti 800 manat, stol-stul dəsti (1 ədəd, 6 ədəd stul), qiyməti 750 manat, 1 ədəd jurnal masası 90 manat, 1 ədəd “çılçıraq” qonaq otağı üçün, qiyməti 200 manat, 1 ədəd “çılçıraq” (dəhliz üçün), qiyməti -50 manat, 1 ədəd “çılçıraq” (qonaq otağı üçün), qiyməti 70 manat, 3 ədəd karniz, 1 ədəd pərdə (qonaq otağı üçün), qiyməti 350 manat, 1 ədəd pərdə (yataq otağı üçün), qiyməti 100 manat, 6 ədəd pastel dəsti, qiyməti 280 manat, 1 ədəd gəlincik pərdə örtük dəsti, qiyməti 450 manat, 20 ədəd yastıq üzü, qiyməti 100 manat, 5 ədəd dəsmal dəsti, qiyməti 120 manat, 20 ədəd balaca dəsmal dəsti, qiyməti 80 manat, 1 ədəd çəngəl-bıçaq dəsti (qalaksi firması), qiyməti 180 manat, 1 ədəd meyvə, mürəbbə, güldan dəsti (meduza), qiyməti 100 manat, 1 ədəd xrustal stəkan dəsti (12 ədədli), qiyməti 20 manat, 10 ədəd stəkan dəsti, qiyməti 10 manat, 1 ədəd güldan dəsti, qiyməti 100 manat, güllər (güldan üçün) qiyməti, 50 manat, 1 ədəd sokçəkən, qiyməti 45 manat, 1ədəd ətçəkən, qiyməti 50 manat, 10 ədəd xrustal qənd qabı, qiyməti 80 manat, 2 ədəd balaca döşək qiyməti 40 manat, 1 ədəd böyük döşək, qiyməti 80 manat, 2 ədəd balaca yorğan, qiyməti 80 manat, 1 ədəd böyük yorğan, qiyməti 60 manat, 4 ədəd böyük yastıq, qiyməti 120 manat, 2 ədəd balaca yastıq, qiyməti 40 manat, 1 ədəd qaşlı süfrə dəsti, qiyməti 150 manat, 1 ədəd kompot dəsti, qiyməti 70 manat, 1 ədəd boşqab dəsti, qiyməti 350 manat, 1 ədəd mətbəxə aid aş süzən, oxley-dörd ayaqlı, plasmas qablar, əlcək, önlük, sadə boşqab dəsti, soğan çəkən və.s. qiyməti 150 manat, 1 ədəd tozsoran (qalaksi), qiyməti 150 manat, 5 ədəd suvener, qiyməti 95 manat, 1 ədəd üç mərtəbəli şirniyyat qabı, qiyməti 25 manat, 1 ədəd çərəz qabı (xrustal), qiyməti 15 manat, 1 ədəd elektrik çaynik 3 lt (nikel materialı), qiyməti 70 manat, 1 ədəd qazan dəsti, qiyməti 275 manat, 1 ədəd bıçaq dəsti, qiyməti 98 manat, 1 ədəd bilinçik üçün tava, qiyməti 20 manat, 1 ədəd qranit qazan (3 ədədli), qiyməti 90 manat, 1 ədəd çay dəsti (6 ədəd fincan, nəlbəki), qiyməti 30 manat, 1 ədəd balaca yastıqlar (6 ədəd), qiyməti 10 manat, 2 ədəd saat (zal üçün), qiyməti 65 manat, 1 ədəd ütü, qiyməti 40 manat, 1 ədəd ədviyyat qabı (9 ədədli), qiyməti 45 manat, 1 ədəd zal üçün xalça, İran istehsalı, qiyməti 150 manat, 2 ədəd otaq üçün xalça, İran istehsalı, qiyməti 80 manat, 1 ədəd balaca xalça, İran istehsalı, qiyməti 50 manat qətnamə icra olunan zaman həmin əşyaların naturada alınması mümkün olmadıqda isə onların dəyəri (9423) manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. O, icra sənədini icra etməkdən boyun qaçırmır. İcra sənədi üzrə tələb olunan əşyaların bir hissəsi tələbkara qaytarılmışdır. Qalan hissəsi mövcud deyil. Lakin o, məhkəmə qərarına hörmətlə yanaşır və əşyaların dəyərini ödəyəcəkdir. Elə bir əmlakı yoxdur ki, satıb əşyaların dəyərini bir dəfədə ödəsin. Hazırda işləyir, hərbiçidir, borcunu əmək haqqına yönəlməsinə etiraz etmir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X3 borcun ödənilməsinin Şəxs əmək haqqına yönəldilməsinə etiraz etmədiyini bildirdi. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhəri məhkəməsinin 2(051)-707/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan 15 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 1200 manat olan boyunbağı, 5 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 400 manat olan qolbağ; 5 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 400 manat olan sırqa, 7 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 850 manat olan nişan üzüyü, 1 ədəd divan kreslo üçün örtük, qiyməti 50 manat, 1 ədəd divan kreslo dəsti, qiyməti 800 manat, stol-stul dəsti (1 ədəd, 6 ədəd stul), qiyməti 750 manat, 1 ədəd jurnal masası 90 manat, 1 ədəd “çılçıraq” qonaq otağı üçün, qiyməti 200 manat, 1 ədəd “çılçıraq” (dəhliz üçün), qiyməti -50 manat, 1 ədəd “çılçıraq” (qonaq otağı üçün), qiyməti 70 manat, 3 ədəd karniz, 1 ədəd pərdə (qonaq otağı üçün), qiyməti 350 manat, 1 ədəd pərdə (yataq otağı üçün), qiyməti 100 manat, 6 ədəd pastel dəsti, qiyməti 280 manat, 1 ədəd gəlincik pərdə örtük dəsti, qiyməti 450 manat, 20 ədəd yastıq üzü, qiyməti 100 manat, 5 ədəd dəsmal dəsti, qiyməti 120 manat, 20 ədəd balaca dəsmal dəsti, qiyməti 80 manat, 1 ədəd çəngəl-bıçaq dəsti (qalaksi firması), qiyməti 180 manat, 1 ədəd meyvə, mürəbbə, güldan dəsti (meduza), qiyməti 100 manat, 1 ədəd xrustal stəkan dəsti (12 ədədli), qiyməti 20 manat, 10 ədəd stəkan dəsti, qiyməti 10 manat, 1 ədəd güldan dəsti, qiyməti 100 manat, güllər (güldan üçün) qiyməti, 50 manat, 1 ədəd sokçəkən, qiyməti 45 manat, 1ədəd ətçəkən, qiyməti 50 manat, 10 ədəd xrustal qənd qabı, qiyməti 80 manat, 2 ədəd balaca döşək qiyməti 40 manat, 1 ədəd böyük döşək, qiyməti 80 manat, 2 ədəd balaca yorğan, qiyməti 80 manat, 1 ədəd böyük yorğan, qiyməti 60 manat, 4 ədəd böyük yastıq, qiyməti 120 manat, 2 ədəd balaca yastıq, qiyməti 40 manat, 1 ədəd qaşlı süfrə dəsti, qiyməti 150 manat, 1 ədəd kompot dəsti, qiyməti 70 manat, 1 ədəd boşqab dəsti, qiyməti 350 manat, 1 ədəd mətbəxə aid aş süzən, oxley-dörd ayaqlı, plasmas qablar, əlcək, önlük, sadə boşqab dəsti, soğan çəkən və.s. qiyməti 150 manat, 1 ədəd tozsoran (qalaksi), qiyməti 150 manat, 5 ədəd suvener, qiyməti 95 manat, 1 ədəd üç mərtəbəli şirniyyat qabı, qiyməti 25 manat, 1 ədəd çərəz qabı (xrustal), qiyməti 15 manat, 1 ədəd elektrik çaynik 3 lt (nikel materialı), qiyməti 70 manat, 1 ədəd qazan dəsti, qiyməti 275 manat, 1 ədəd bıçaq dəsti, qiyməti 98 manat, 1 ədəd bilinçik üçün tava, qiyməti 20 manat, 1 ədəd qranit qazan (3 ədədli), qiyməti 90 manat, 1 ədəd çay dəsti (6 ədəd fincan, nəlbəki), qiyməti 30 manat, 1 ədəd balaca yastıqlar (6 ədəd), qiyməti 10 manat, 2 ədəd saat (zal üçün), qiyməti 65 manat, 1 ədəd ütü, qiyməti 40 manat, 1 ədəd ədviyyat qabı (9 ədədli), qiyməti 45 manat, 1 ədəd zal üçün xalça, İran istehsalı, qiyməti 150 manat, 2 ədəd otaq üçün xalça, İran istehsalı, qiyməti 80 manat, 1 ədəd balaca xalça, İran istehsalı, qiyməti 50 manat qətnamə icra olunan zaman həmin əşyaların naturada alınması mümkün olmadıqda isə onların dəyəri (9423) manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədində göstərilən əşyalaın bəziləri tələbkara qaytarılmışdır. Bir hissəsi isə mövcud olmadığına görə qaytarılması mümkün olmamışdır. Cəmi 5058 manat dəyərində əşyaların ya natura şəklində qaytarılmadığına, ya da dəyəri ödənilmədiyinə görə borclu Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə bir dəfədə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 5058 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 5058 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-326/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-326/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver