Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-327/2021 02.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və zərərçəkmiş X3 iştirakı ilə, xx xxxxx 1985-ci ildə Mingəçevir şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 57 A ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2021-ci il tarixdə yaşadıqları evin həyətində X4 ilə mübahisə edərək ona müxtəlif formada bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, Sahibə Həsənova ilə qonşudurlar. Münasibətləri daim normal olmuşdur, lakin ara-sıra şəxsi münasibətləri zəmnində sözlə mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yaşadıqları evin həyətində X4 ilə mübahisə edərək ona müxtəlif formada bədən xəsarəti yetirmişdir. Məhkəmədə iclasında zərərçəkmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadıqları evin həyətində onunla mübahisə edərək ona müxtəlif formada bədən xəsarəti yetirmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Şəxs Sahibə Həsənova ilə mübahisə edərək ona xəsarət yetirmişdir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X3 Mingəçevir şəhər H.Əliyev pr. ev 84, mənzil 52-də yaşayan anası X1 son zamanlar problem olduğu üçün bir müddət Sahibə Həsənovanın yanında yaşamış və həmin müddət ərzində Qıztamam Həsənovanın mənzilinin qapısına MİS tərəfindən möhür vurulmuşdur. xx.xx.2021-ci il tarixdə qonşulardan biri Sahibə Həsənovanın yaşadığı evə gələrək, anasına məxsus olan mənzilin qapısına vurulmuş qıfılın açıq, möhürün isə qopmuş vəziyyətdə olmasını bildirmiş, bundan sonra Sahibə Həsənova, anası Qıztamam Həsənova ilə birlikdə həmin ünvana baş çəkmələri üçün gəlmişlər, həqiqətən qıfılın açıq, möhürün isə qopmuş vəziyyətdə olduğunu görən Sahibə Həsənova bunun kim tərəfindən törədildiyini bilməsi üçün həmin yataqxana binasının dəhlisinzə yerləşən digər mənzillərdə yaşayan sakinlərdən soruşmuş, həmin vaxt dəhlizdə olan, Mingəçevir şəhər H.Əliyev pr. ev 84, mənzil 57A-da yaşayan Şəxs ilə aralarında Sahibə Həsənovanın onları sorğu-sual etməsi üstündə mübahisələri yaranmış və mübahisə zamanı Şəxs əlləri ilə Sahibə Həsənovanın boğazından tutmuş və onu boğmaq istəmiş, bu zaman Sahibə Həsənovanın ayağı dəhlizə qoyulmuş masaya dəymiş, daha sonra isə onlar aralaşmışlar. Bundan sonra Sahibə Həsənova anasına məxsus mənzilə daxil olmuş və mənzildən heç bir oğurluq hadisəsinin baş vermədiyini gördükdə, Şəxs tərəfindən döyuülməsi barədə Mingəçevir şəhər polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 ,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-327/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-327/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver