Məhkəmə qərarları › İş №3(051)-328/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-328/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-328/2020 22.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi x3, İcra və probasiya şöbəsinin icra məmuru x1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə xx.xx.1982-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 №li evin, 31 №li mənzilində ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Oğuz rayon məhkəməsinin 2(054)-2123/2016 №li 09.12.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 1684.76 manat borcu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayon məhkəməsinin 2(054)-2123/2016 №li 09.12.2016-cı il tarixli icra sənədinə əsasən ondan və Abdullayev Coşqun Rövşən oğlundan birlikdə 1684.76 manat alınıb tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə verilməlidir. Lakin məhkəmə qərarından, icra sənədindən onun məlumatı olmamışdı. Belə ki, Mingəçevir şəhərində qeydiyyatda olsa da faktiki olaraq Yevlax rayonunun Salahlı kəndində yaşayır. Ona görə də ünvanına göndərilmiş poçt sənədləri ona çatmamışdır. Onun banka borcu yaranmasından da xəbəri olmamışdır. Bankdan krediti Oğuz rayonunda yaşayan tanışı Coşqun Abdullayev götürmüş, o da zamin durmuşdur. Elə bilmişdir ki, kredit borcu ödənilibdir. Yaranmış 1684 manat kredit borcundan hazırda 600 manat ödəmişdir. Borcun qalan hissəsini də ödəyəcəkdir. Ancaq bir dəfədə ödəməyə maddi imkanı yoxdur. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru x1 məhkəmə iclasında bildirdi ki, Oğuz rayon məhkəməsinin 2(054)- 2123/2016 №li 09.12.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və Abdullayev Coşqun Rövşən oğlundan 1684.76 manat alınıb tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə verilməlidir. Lakin Şəxs borcundan heç bir ödəniş etməmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda Şəxs həmin borcdan 600 manat ödəmiş, 1084 manat borcu qalmışdır. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. İcra sənədinin icrası ilə bağlı bildiriş və qərarların ona göndərilməsi və çatması, borcu bir dəfə də ödəməyə maddi imkanı olması iş materialları ilə təsdiq olunmadı. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 1684.76 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Şəxs 1684.76 (bir min altı yüz səksən dörd manat yetmiş altı qəpik) manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar