Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-328/2025 28.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi X3 Mingəçevir şəhər İcra Hakimiyyətinin MN1612176 №li, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati xəta haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş X1 şəhər İcra Hakimiyyətinin həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, O, X7 uzun müddətdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Şikayətini onunla əsaslandırır ki, o, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X2 xx.xx.2025-ci il tarixli nömrəli qərarı o, Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarla razı deyil. Belə ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 8-ci döngə 10 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi onun qaynı X4 xüsusi mülkiyyətindədir. Bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsindən çıxarışda torpaq sahəsinin planı və ölçüsü haqqında sənəd verilmiş və həmin sənəd əsasında xx.xx.2022-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, qərarda göstərilən ünvanda və ərazidə o hər hansı bir tikinti işləri aparmamışdır. Lakin heç bir araşdırma işləri aparmadan ərazi və tikintinin ona aid olduğunu sübut edən dəlillərin olmasına baxmayaraq ona qarşı protokol tərtib edilmiş, həmin protokol əsasında Mingəçevir şəhər İcra Hakimiyyəti Vəzifəli şəxsinin İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməyinə dair xx.xx.2025-ci il tarixli MN1612176 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən 800 manat cərimə edilmişdir. O bir daha qeyd edir ki, həmin ərazi və həmin ərazidə aparılan tikinti işlərinin onunla heç bir əlaqəsi yoxdur. Bundan əlavə inzibati xəta haqqında protokolunda necə tərtib olunmasında heç bir məlumat yoxdur. Yalnız onun ünvanına məktub gəldikdən sonra məlum olmuşdur ki, ona 800 manat cərimə tərtib olunmuşdur. Mingəçevir şəhər icra hakimiyyətindən ona ünvanlanmış məktuba əsasən isə 500 manat cərimə edilməyi qeyd edilmişdir. Halbuki İnzibati tənbeh vermə haqqında qərarda isə onun 800 manat cərimə edilməsi qeyd edilmişdir. Hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdirinin barəsində qəbul etdiyi qərar tam qanunsuz və əsassızdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, onun təqsirli olduğunu və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, heç bir zəruri araşdırma aparmadan, inzibati xəta haqqında qərar qəbul etmişdir. Belə ki, qərarda onun öz başına tikinti işlərinin aparılması fəaliyyəti ilə məşğul olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, bu barədə hər hansı əsaslı sübut təqdim etməmiş və üstəlik həmin ərazidə aparılan tikinti işlərinin ona aid olmamasını da araşdırmamış və qanun pozuntusuna yol verilmişdir. Ona görə də Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli MN1612176 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılımalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-nın 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 800 manat cərimə edilmişdir. Eyni zamanda həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. Lakin barəsində qərar qəbul edilmiş şəxs nəzərdə tutulmuş müddət ərzində qeyd olunan qərardan şikayət verməmişdir. Belə ki, İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, qeyd olunan qərar xx.xx.2025-ci il tarixdə çıxarılmış, barəsində qərar çıxarılmış şəxs isə həmin qərardan xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi barəsində qərar qəbul edilmiş şəxs nəzərdə tutulmuş müddət ərzində qeyd olunan qərardan şikayət verməmişdir. Belə olan halda isə şikayət ərizəsinin məhkəmə tərəfindən baxılması mümkün deyildir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN1612176 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən 800 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X8 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN1612176 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılmalıdır. Belə ki, X7 xx.xx.2025-ci il tarixli MN1612176 saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest vermək hüququ olduğu halda göstərilən müddət ərzində həmin qərardan şikayət vermək üçün müddətin bərpasına dair müvafiq qərarı qəbul edən orqana qaydada müraciət etməmişdir. Belə olan halda şikayət geri qaytarımalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Mingəçevir şəhər İcra Hakimiyyətinin X3 İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə MN1612176 №li xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın. HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-328/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-328/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver