Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-329/2023 10.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X4, Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment hər ay alınaraq X2 ödəməli olması barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1803/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1803/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X8 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1803/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs aliment borcunu ödəməmişdir. Sonra Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı çıxarılmışdır. Tapıldıqdan sonra icra və probasiya şöbəsinə gətirilmişdir. X1 dəfələrlə ona zəng edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alimenti ödəməməsi ilə bağlı şikayətlərini bildirmişdir. Hazırda Şəxs 10503 manat borcu vardır. Ona görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment hər ay ondan alınaraq X2 verilməlidir. Füzuli rayonunda fəhlə işləyir. Məhkəmə qərarından sonra tələbkar C.Mustafayeva ilə bir yerdə yaşamışlar. C.Mustafayevanın ondan aliment tələb etməyəcəyini düşünmüşdür. 10503 manat aliment borcu yaranmışdır. Aliment borcunu ödəyəcəkdir. Təqdim olunmuş sənədləri araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023–cü il tarixdən saat 16:15-dən hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-329/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-329/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver