Məhkəmə qərarları › İş №3(051)-330/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-330/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-330/2020 24.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx xxxx 1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 mənzil 11 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində “VAZ-21099” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman sola dönmə işığını yandırmalı və avtomobili sol tərəf ilə sürməli olduğu halda avtomobili sağ tərəf istiqamətdə döndərib daha sonra sola dönmə əməliyyatı etdiyi zaman arxadan gələn Quliyev Yamən İsmayıl oğlunun idarə etdiyi “Renault Megane” markalı **- BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş nəticədə Şəxs diqqətsizliyi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə piyada X7 və X1 yüngül zərər yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində zərər çəkmiş şəxslər X7 və X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan RespublikasıİXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində “VAZ-21099” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman sola dönmə işığını yandırmalı və avtomobili sol tərəf ilə sürməli olduğu halda avtomobili sağ tərəf istiqamətdə döndərib daha sonra sola dönmə əməliyyatı etdiyi zaman arxadan gələn X2 idarə etdiyi “Renault Megane” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində piyadalar X7 və X1 yüngül zərər yetirilmişdir. Əməlindən peşmandır. İlk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül tənbeh növünün seçilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Aqşin Məhərrəmovun əməlində Azərbaycan Respublikası İXM-nin 328.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci bəndinə görə yalnız müəyyən yaş həddinəçatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan şəxslər nəqliyyat vasitələrini idarə etmə hüququna malikdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7ci bəndinə görə elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Həmin qanunun 50-ci maddəsinin İ bəndinə görə, sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görməşəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində “VAZ-21099” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman sola dönmə işığını yandırmalı və avtomobili sol tərəf ilə sürməli olduğu halda avtomobili sağ tərəf istiqamətdə döndərib daha sonra sola dönmə əməliyyatı etdiyi zaman arxadan gələn X2 idarə etdiyi “Renault Megane” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, Şəxs diqqətsizliyi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə piyada X7 və X1 yüngül zərər yetirilmişdir Bununla da o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsəməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğdə inzibati cərimə edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar