Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-330/2025 21.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis leytenantı X3, zərərçəkmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər sakini X4 50 manat, xx.xx.2025-ci il tarixdə isə Mingəçevir şəhər sakini X9 500 manat məbləğində işə düzəltmək vədi ilə aldatmışdır. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis X1 Bölməsinin profilaktika üzrə baş inspektoru, polis leytenantı X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər sakini X4 50 manat məbləğində işə düzəltmək adı ilə, xx.xx.2025-ci il tarixdə isə Mingəçevir şəhər sakini X9 500 manat məbləğində vərəsəlik işi ilə bağlı məhkəmədə köməklik göstərəcəyi vədi ilə aldatmışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər sakini X2 50 manat məbləğində işə düzəltmək adı ilə, xx.xx.2025-ci il tarixdə isə Mingəçevir şəhər sakini X7 500 manat məbləğində vərəsəlik işi ilə bağlı məhkəmədə köməklik göstərəcəyi ilə bağlı pul almışdır. Lakin vədlərini yerinə yetirə bilməmişdir. Etdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyəcəyini bildirərək vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X10 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsində vərəsəlik işi ilə bağlı mülki işləri var, hazırda icraatdadır. Şəxs əvvəllər tanımamışdır. Onun hüquq məsləhətçisi olduğunu eşitmiş və işləri ilə bağlı müraciət etmişdir. Ramil ona məsələlərini həll edəcəyini vəd edərək 500 manat məbləğində pulunu almışdır. Daha sonra onu aldatdığını başa düşərək pulunu tələb etmiş, Şəxs isə məsələni həll etdiyini bəhanə edərək vaxtı uzatmışdır. Şəxs tanışı olan Ceyhun adlı şəxsi də aldatmasını gördükdən sonra Ceyhun adlı şəxslə birlikdə onun barəsində müvafiq olaraq polis şöbəsinə müraciət etmişdir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir.
227. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmənin mövqeyi: Tərəflərin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Osmanov X5 şəhər sakini X4 işə düzəldəcəyi adı ilə 50 manat pulunu, Mingəçevir şəhər sakini X9 isə vərəsəlik işi ilə bağlı məhkəmədə köməkik göstəriləcəyi adı ilə 500 manat pulunu aldadaraq ələ keçirmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmanlığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının həddi daxilində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər
Hakim Güləndam Quliyeva