Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-331/2020 26.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 329.3 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda inzibati cərimə edilmişdir. M.Seyidov həmin protokoldan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X2 məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, X2 xx xxxx 2020-ci il tarixdə özünə məxsus “LAND ROVER DİSCOVERY MİNİK” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Zaqatala rayonu ərazisində ötmə əməliyyatı etmiş və ötmə əməliyyatı edərkən DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin avtomobili ilə rastlaşdır. DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin əməkdaşları (sonradan protokoldan adı məlum olan YPX əməkdaşı Fuad Əliyev) onun avtomobilini saxlatmış, və mənim əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirərək barəsində İXP ******* nömrəli protokol tərtib edəcəyini bildirmişdir. O, öz etirazını, yəni üfüqi nişanlanma xətdinin tələbini pozmadığını bildirsə də, YPX-nin əməkdaşı F.Əliyev ona qarşı öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə barədə sübut istəsə də ona məhəl qoymayan YPX əməkdaşları onun digər cərimələrinin də olduğunu və protokolla bağlı çox mübahisə edərsə maşını cərimə meydançasına aparacaqlarını bildirmişlər. Azərbaycan Respublikası DİN Baş Dövlət X5 portalında göstərilən cərimələrdən qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün xəbərsiz olduğunu, yerindəcə ödəniş edə biləcəyini bildirmiş və dərhal sözügedən cərimələri ödəmişdir. DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin əməkdaşı Fuad Əliyev mənə protokolu təqdim edərkən o bir daha bu protokolla razı olmadığını bildirmiş və həmin ərazidən uzaqlaşmışdır. Protokolla tanış olarkən mənə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsindən əlavə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə də Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinində protokolda yazıldığını aşkar etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitələrin və yaxud şahidlərin olmadığını nəzərə alaraq Fuad Əliyevin ona qarşı nə qədər qərəzli olması sübut olunur. Ona görə də Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarının ləğv olunmasını xahiş edir. Şikayət vermiş şəxsin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunun tələblərindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, M.Seyidov barəsində olan qərar tam qanunsuzdur. Belə ki, hadisənin baş verdiyi zaman çəkilmiş video görüntüdən də aydın görünür ki, M.Seyidovun sözügedən inzibati xəta hadisəsini müşahidə etmək mümkün olmamışdır. X3 sözügedən protokolla qəti formada razı olmadığı açıq-aşkar görünür. Lakin buna baxmayaraq protokol tərtib edilməklə bərabər protokol əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin baş inspektoru tərəfindən qərar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, protokol tam və obyektiv araşdırılmamışdır. Belə ki, video görüntüdən M.Seyidovun sözügedən inzibati xətanı törətməsi aydın görünmür. Bundan əlavə Mirkənan Seyidov protokolla razı olmadığı halda ona qərar çıxarılması üçün yaşadığı ünvan üzrə göndərilməli olduğu halda ona məlumat verilmədən və lazımi araşdırma aparılmadan qərar çıxarılmışdır. Bu hal isə öz növbəsində inzibati xəta törədən şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qanunun tələbindən də bilindiyi kimi inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, inzibati qərar ləğv edilməli və sözügedən inzibati xəta araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarına xitam verilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylı protokolu araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Zaqatala rayon YPX-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-331/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-331/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver