Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-332/2020 30.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru X1 iştirakı ilə, xx xxxxxxxx 1974-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 mənzil 26/25 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs ondan xx xxxxxx 2003-cü il tarixdə doğulmuş Vüsal adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanmasıüçün əlavə xərclər hesabına 10 manat pul alınıb tələbkar X3 verilməli, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-758/2014 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü Vüsal və xx.xx.2003-cü il təvəllüdlü Cavid adlıq uşaqların saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment alınıb tələbkar X3 verilməli, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-372/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü Vüsal və xx.xx.2003-cü il təvəllüdlü Cavid adlıq uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınıb tələbkar X3 verilməsi, Mingəçevir şəhər məhkəməsinin 2(051)-92/2017 saylı xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 37 adda əmlak, olmadıqda isə cəmi dəyəri 1522 manat pul alınıb tələbkar X3 verilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə onun cəmi 12292 manat miqdarda aliment və əmlak borcu yaranmışdır. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-758/2014 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü Vüsal və xx.xx.2003-cü il təvəllüdlü Cavid adlıq uşaqların saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment alınıb tələbkar X3 verilməli, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-372/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü Vüsal və xx.xx.2003-cü il təvəllüdlü Cavid adlıq uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınıb tələbkar X3 verilməsi, Mingəçevir şəhər məhkəməsinin 2(051)-92/2017 saylı xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 37 adda, olmadıqda isə cəmi dəyəri 1522 manat pul alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Aliment və əmlak tələbi üzrə yaranmış borcunu ödəməkdən yayınmır. Lakin maddi imkanı ağır olduğu üçün borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. 2020-ci ilin yanvar ayıdna işə düzəlmiş daha sonra karatin başlandığı üçün iş yeri bağlanmış və bu səbəbdən ödəniş edə bilməmişdir. Əlinə pul keçən kimi borcunu ödəyəcəkdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Şəxs Məhkəməsinin 2(051)-758/2014 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü Vüsal və xx.xx.2003-cü il təvəllüdlü Cavid adlıq uşaqların saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment alınıb tələbkar X3 verilməli, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-372/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü Vüsal və xx.xx.2003-cü il təvəllüdlü Cavid adlıq uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınıb tələbkar X3 verilməsi, Mingəçevir şəhər məhkəməsinin 2(051)-92/2017 saylı xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 37 adda, olmadıqda isə cəmi dəyəri 1522 manat pulu tam ödəməmiş və onun cəmi 12292 manat məbləğdə borcu yaranmışdır. Borcun ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatları alınmış, şifahi qaydada qanunun tələbləri izah olunaraq, alimenti vaxtında və tam ödəmək vəzifəsi xatırlanmışdır. Lakin, Şəxs borcunu lazımi qaydada ödəməmişdir. Şəxs və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs məhkəmə qətnaməsi ilə ona təyin olunmuş alimenti vaxtında ödəməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-332/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-332/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver