Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-333/2021 09.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, X4 Mahmud oğlu iştirakı ilə, xx xxxxx 1997-ci ildə Sabirabad rayonu, Güdəcühür kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şəxs xx xxxxxx 2021-ci il tarixdə Mingəçevir şəhəri X5 ilə arasında şəxsi münasibətlər zəminində mübahisə zamanı R.İsmayılovun sifət nahiyyəsindən yumruq ilə vuraraq fiziki ağırlıq yetirməklə onu doymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, X3 heç bir xəsarət yetirməmişdir. Qanuni nümayəndəsi vasitəsi ilə dindirilmiş X4 Mahmud oğlu da məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs barəsində qanun daxilində cəza verilməsini xahiş edir. İş materiallarında məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 62 saylı ekspert rəyindən görünür ki, X6 oğlunın bədənində olan xəsarətlər –sağ gözünün alt qapağında sıyrıq, sol almacıq nahiyyəsində qansırlar, üst dodağında və sağ gözünün alt qapağında sıyrıq, küt əşya (alətin) təsirindən törənmişdir, müddəti xx.xx.2021-ci il tarixinə uyğun gələ bilər, dərəcəsi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. M.İlyasovanın əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin aşağıdakılara əsasən hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinin tələbinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Belə ki, iş materialları, tərəflərin izahatının qarşılıqlı müqayisəsi və cinayət işinin rədd edilməsi barədə materiallar nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, göstərilən hadisənin olması mümkün deyil və iş materialları ilə hadisənin olması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-333/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-333/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver