Məhkəmə qərarları › İş №3(051)-334/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-334/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-334/2020 20.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 mənzil 48 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d im : Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* №li 19.07.2020-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 19.07.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhər Təbriz küçəsində yerləşən kafeni acıb fəaliyyət göstərərək karantin rejim qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən kafeni Aynur Abdullayevadan icarəyə götürərək çay evi kimi istifadə etmişdir. 05.07.2020-ci il tarixdən Mingəçevir şəhərində elan olunmuş karantin rejimi ilə bağlı həmin çay evinin fəaliyyətini dəyandırmışdı. Son günlər karantinlə əlaqədar işləmədiyinə görə maddi vəziyyətində çətinlik yaranmışdır. Himayəsində iki azyaşlı uşaqları var. 17.07.2020-ci il tarixdə həmin çay evini açaraq ancaq pivə satışı ilə məşğul olurdu. Onu da bildirir ki, o, müştəriləri kafeyə daxil olmadan yola salırdı. 19.07.2020-ci il tarixdə polis əməkdaşları kafeni açıq görüb, içəri daxil oldular. Onun barəsində protokol tərtib olundu. Karantin rejim qaydalarını pozduğu üçün əməlindən peşimandır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, himayəsində iki nəfər azyaşlı uşaqları olması, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, məsuliyyətini yüngülləşdirən digər halları nəzərə alaraq, hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutub, Qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar