Məhkəmə qərarları › İş №3(051)-337/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-337/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-337/2020 20.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Şikayət vermiş şəxs X1 və Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidməti inspektoru X3 iştirakı ilə, X1 Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidmətinin TP ******* saylı xx.xx.2020-ci il tarixli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidməti inspektoru X3 TP ******* saylı xx.xx.2020-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. T. Cümşüdzadə həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidməti inspektoru X3 TP ******* saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. Lakin, həmin qərarla razı deyildir. Belə ki, qərarın qəbul edilməsinə səbəb ona məxsus ** BF *** dövlət qeydiyyat nömrə nişanlı, Mersedes Benz C220 minik markalı nəqliyyat vasitəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidməti inspektoru X3 iddiasına görə polis nəqliyyat vasitəsinin qarşısında manevr qaydasını pozmaqla bağlı olmuşdur. Hesab edir ki, qərar əsassızdır. Hadisə zamanı heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Ona məxsus avtomobilə aid sənədlər qaydasındadır. Lakin, karantinlə əlaqədar o, Yevlax rayonuna sürücülük vəsiqəsini almaq üçün gedə bilməmişdir. Ona görə də, möhlət verilməsini xahiş etmişdir. Çünki, o, özü də dövlətə xidmət edir, o, hadisə zamanı şəhərdə dezinfeksiya işi ilə məşğul olmaq üçün işə gedirmiş. Qeyd olunanları nəzərə alaraq Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidmətinin TP ******* saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidməti inspektoru X4 şikayətlə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, qəbul edilmiş qərar tam qanuni və əsaslıdır. Buna görə də şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Şikayətə əlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidmətinin TP ******* saylı xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. Şikayət vermiş şəxsin və Mingəçevir şəhər Polis Şöbəsinini Dövlət Yol Polisi Bölməsi yol patrul xidməti inspektoru X3 izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar