Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-337/2021 15.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X6 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Məmmədova (Mirzəyeva) Firuzə Mehman qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq Məmmədova (Mirzəyeva) Firuzə Mehman qızına ödəməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3444/2017 №li xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, tələbkarın izahatları, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3444/2017 №li xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Məmmədova (Mirzəyeva) Firuzə Mehman qızına verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3444/2017 №li xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq Məmmədova (Mirzəyeva) Firuzə Mehman qızına verilməsi qət edilmişdir. Hazırda işləmir, aliment borcunu ödəməyə imkanı yoxdur. Zərərçəkmiş şəxs Məmmədova (Mirzəyeva) Firuzə Mehman qızı izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3444/2017 №li xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Şəxs aliment borcunu ödəməmişdir. X5 900 manat aliment borcu yaranmışdır. Uşağı saxlamaqda çətinlik çəkir. Alimentin ödənilməsini tələb edir. Əks halda Şəxs inzibati qaydada həbs verilməsini xahiş edir. İcra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3444/2017 №li xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Məmmədova (Mirzəyeva) Firuzə Mehman qızına verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs son illər yaşayış yerində olmamış, barəsində axtarış qərarı çıxarılaraq axtarış işi açılmışdır. Tapıldqdan sonra icra və probasiya şöbəsinə gətirilmişdir. Şəxs alimenti ödəməmişdir. Hazırda isə Şəxs 900 manat borcu vardır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-337/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-337/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver