Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-34/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində qərar çıxarılmış: X1 iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz ) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən onun barəsində inzibati xəta haqqında protokolla və qararla qəti şəkildə razı deyildir. O, 34 ildir ki, Mingəçevir şəhəri 19 saylı Uşaq bağçasının müdir rəisi vəzifəsində çalışır və heç vaxt qanun pozuntusuna yol verməmişdir. Himayəsində İ qrup əlil övladı vardır. Əslində isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin qəldiyi bu qənaət tamamilə yanlışdır. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 şikayətin dəlillərini müdafiə etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, lakin inzibati xəta törətmiş şəxs tərəfindən protokol imzalanmamış, o barədə protokolda müvafiq qeyd aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində protokol tərtib edilmiş şəxsə hüquq və vəzifələri izah edilməmiş, həmçinin protokol onun tərəfindən imzalanmamış və o barədə protokolda müvafiq qeyd aparılmamışdır. Eləcə də, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş protokola xx.xx.2020-ci il tarixdə baxılsa da, barəsində protokol tərtib edilmiş şəxsə məlumat verilməsi öz əksini tapmamışdır. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X1 iştirakı olmadan baxılmışdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsini məhkəmə iclasına çağırılsa da məhkəmə iclasına gəlməmiş və qərarın əsaslıolması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Bununla yanaşı məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, heç bir zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X2 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Bu da onu deməyə əsas verir ki, X1 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Bununla belə məhkəmə, həmçinin nəzərə alır ki, X1 əməlində inzibati xəta tərkibinin olmaması ilə yanaşı, həm də onun barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən və xx.xx.2020-ci il tarixdə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X1 barəsində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* nömrəli inzibati xəta haqqında protokol natamam olmasına baxmayaraq, həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə X1 inzibati cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilmiş, həmçinin əməldə inzibati xəta tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadlanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, həmçinin inzibati xətanın onun tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələri nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə X1 inzibati cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilməsi müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında işə yenidən baxılması məqsədilə səlahiyyətli orqana və ya vəzifəli şəxsə qaytarılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-34/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-34/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver