Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-340/2020 22.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01 iyul 1984-ci ildəMingəçevir şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ünvan 1 mənzil 4 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 21 iyul 2020-ci il tarixdə, saat 21:45 radələrində Mingəçevir şəhərində H.Əliyev prospektində ucadan səs küy salmış nalayiq ifadələr işlətmiş və buna görədə onu onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 21 iyul 2020-cu il tarixdə bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 21:45 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində olarkən spirtli içkinin təsiri altında ucadan səs küy salmış nalayiq ifadələr işlətmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Səhvini başa düşmüşdür vəəməlindən peşmandır. İnzibati xəta haqqında işəəlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında 21 iyul 2020-ci il tarixli, 338 saylı protokoldan görünür ki, Şəxs 21 iyul 2020-ci il tarixdə tibbi müayinədən keçmiş və onun yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, T.Mahmudovun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinəəsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsəməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. İşəəlavə olunmuşİnzibati qaydada tutma haqqında 21 iyul 2020-ci il tarixli, AZA 003643 nömrəli protokoldan görünür ki, Şəxs 21 iyul 2020-ci il tarixdə, saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 21 iyul 2020-ci il tarixdən, saat 23:30-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №3(051)-340/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-340/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver