Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-340/2023 10.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər polis şöbəsinin İTB-nın sahə rəisi X5, Mingəçevir şəhər İcra Hakmiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Vidadi küçəsi 6 saylı binanın qarşısında İcra Hakmiyyətinin əməkdaşına qarşı tabesizlik nümayiş edirmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X9 protokolu madafiə edərək göstərmişdir ki, Şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Vidadi küçəsi 6 saylı binanın qarşısında İcra Hakmiyyətinin əməkdaşına qarşı tabesizlik nümayiş etmişdir. Bundan sonra Polis əməkdaşları onu Mingəçevir şəhər Polis şöbəsinə dəvət etmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs məhkəmə iclasında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, mağazanın qarşısında olarkən bir nəfər ona yaxınlaşaraq İcra Hakmiyyətinin nümayəndəsi olduğunu bildirdi və ona mağazada qanunsuz tikinti işlərinin aparıldığını bildirmişdir. O, heç bir qanunsuz tikinti işləri aparmadığını bildirmiş və ona heç bir qeyri etik hərəkətlər etmədiyini qeyd etdi. Sonra polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. Hesab edir ki, onun əməlində inzibati xətanın tərkibi yoxdur ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Mingəçevir şəhər İcra Hakmiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 6 nömrəli binanın qarşısında X6 məxsus olan “Bizim market” mağazasının qarşısında 8 kv.m ərazidə əlavə tikinti quraşdırma ili aparıldığı aşkar edilmişdir. Yaxınlaşıb sahibkardan tikinti-quraşdırma işinə dair sənəd tələb etdikdə Vidadi Əliyev heç bir sənədin olmadığını, Mingəçevir şəhər Bələdiyyəsinə müraciət edərək ərizə verdiyini bildirdi. Məlum oldu ki, vətəndaşda heç bir torpaq qoyma və tikintiyə dair rəsmi sənəd yoxdur. Onlar tikintinin qeyri qanuni olduğunu bildirdilər. Qanunsuz tikinti işinin dayandırılaraq tikilinin əvvəl ki, vəziyyətinə qaytarılmasını tələb etdilər. Sahibkarın övladı Şəxs xidməti vəzifəsini yerinə yetirdiyini zaman ona hücum çəkərək tikintinin onun tərəfindən aparıldığını və sökməyəcəyini bildidi. O, özünü təqdim edərək Mingəçevir şəhər İcra Hakmiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi X7 olduğunu bildirdi. O, isə dövlət qulluqçusunun qanuni tələblərinə olmayacağını və tikintini dayandırmayacağını bildirdi. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə görə İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə iş materialların araşdırıb, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin mənasından da görünür ki, inzibati xətanın tərkibi vətadaş tərəfindən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığı halda yaranır. Digər vəzifəli şəxslərin qanuni tələblərinə tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkib hissəsini yaratmır. Belə ki, iş materiallarında olan sənədlərdən, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatından və protokolu məhkəmədə müdafiə edən Mingəçevir Polis şöbəsinin əməkdaşının izahatından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nın 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Protokolda Şəxs Mingəçevir şəhər İcra Hakmiyyətinin əməkdaşlarına qarşı tabesizlik etdiyi qeyd olunmuşdur. X11 haqqında Protokoldan görünür ki, Mingəçevir şəhər İcra Hakmiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə X2 polis işçisi və ya hərbi qulluqçu deyil müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsdir. Bu hal onu deməyə əsas verir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulan inzabiti xətanın tərkib hissəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Z.Nəbiyevin əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-340/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-340/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver