Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-341/2023 16.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X11 X5 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X2 Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki o, ünvan 1 ünvanda fərdi yaşayış evi tikməsinə görə ona protokol tərtib etmişlər. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, o, dəfələrlə fərdi yaşayış evi tikməsinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, heç bir cavab ala bilməmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X14 məhkəmə iclası zamanı protokolun dəlillərini müdafiə etdi və şikayətin rədd olunmasını xahiş etdi. Barəsində qərar çıxarılmış X10 şikayətinə uyğun izahat verərək onun təmin edilməsini və qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 məxsus ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanmış və barəsində İXM-inin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan AN-İ №1089089 saylı, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında fərdi yaşayış evinin ərazisində yerləşən, ümumi sahəsi 0.0801 ha olan torpaq sahəsi birgə mülkiyyətdə üzrə satıcı X3, X12 və X13 tərəfindən alıcı X1. İşdə olan xx.xx.2023-cü il tarixli əmlak bölgüsü barədə müqavilədən görünür ki, ünvan 2 ünvanında fərdi yaşayış evinin ərazisində yerləşən, ümumi sahəsi 0.0801 ha olan torpaq sahəsi bölünərək 0.0406 ha hissəsi X7, digər 0.0395 ha hissəsi isə X3, X12 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışdan görünür ki, ünvan 1-də yerləşən 0.0406 ha torpaq sahəsinə tam mülkiyyəti hüququ X7 məxsusdur. İşdə olan 02/9914 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında fərdi yaşayış evinin ərazisində yerləşən, ümumi sahəsi 0.0801 ha olan torpaq sahəsinin daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2023-cü il tarixinə bazar dəyəri 29000 (iyirmi doqquz min) manat müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, ünvan 2 ünvanında fərdi yaşayış evinin ərazisində yerləşən torpaq sahəsinin ümumi ölçüsü 0.0406 ha-dır. İşdə olan fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikinti başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə- fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X5 əməli qanunsuz tikinti işlərinin aparılması göstərilmiş və o, İXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X10 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikilməsi üçün məlumatlandırma icraatı həyata keçirilir. Eyni zamanda həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərar çıxarılır. 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-341/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-341/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver