Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-342/2020 06.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Zərərçəkmiş şəxs X1 və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx xxxx 1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 mənzil 23 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs ondan xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X5, xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün xx xxxx 2017-ci il tarixdən etibarən hər ay hər əmək haqqının 3/1 hissəsi məbləğində alimentin tutulub X2 ödənilməsi barədə Göygöl şəhər məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(051)-1809/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə onun 3226 manat miqdarda aliment borcu yaranmışdır. İş materiallarından göründüyü kimi, Göygöl şəhər məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Şəxs xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X5, xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün xx xxxx 2017-ci il tarixdən etibarən hər ay hər əmək haqqının 3/1 hissəsi məbləğində alimentin tutulub X2 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu alimenti lazımınca ödəməmiş, 3226 manat miqdarda aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Göygöl şəhər məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanmasıüçün ondan hər ay əmək haqqının 3/1 hissəsi məbləğində məbləğdə alimentin alınıb Nərgiz Rüstəmovaya verilməsi qət edilmişdir. Aliment borcunu ödəməkdən yayınmır. Hazırda zərərçəkmişə olan aliment borcundan 700 (yeddi yüz) manatını ödəmişdir. Buna görə də barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 verdiyi izahatında Şəxs ona olan aliment borcundan 700 manatınıödədiyini bildirmişdir. Buna görə də, onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X6 verdiyi izahatında Şəxs zərər çəkmişə olan aliment borcundan 700 manatını ödədiyini bildirmişdir. Şəxs, zərər çəkmiş şəxsin və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Teymur Məmmədovun barəsində olan işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə olunmuşərizədən görünür ki, borclu Şəxs tələbkar X2 olan aliment borcunun bir qismini, 700 (yeddi yüz) manatınıödəmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-342/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-342/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver