Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-342/2023 17.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs: X1 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməs və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər X8 İdarəsinin əməkdaşı polis mayoru X2 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış şəxs X4 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, özünə məxsus **-HE-*** dövlət qeydiyyat nişanlı «Opel Zafira» markalı avtomobillə Bakı şəhəri M.Müşfiq küçəsində hərəkətdə olarkən həmin ərazdə xidmət göstərən Yol Patrul Xidmətinin əməkdaşları trəfindən saxlanılmışdır. Həmin əməkdaşın sonradan Bakı şəhər X8 İdarəsinin polis serjantı X3 bilmişdir.Həmin əməkdaşın onu saxlama səbəbi guya onun yolayrıcı qaydalarını pozmasına görə olmuşdur. X9 avtomobili olan və dumanlı havada görmə məsafsi olmayan yolda həmin avtomobillərin vəzifəsi yol hərəkətin nizamlamaq və nizamlanmayan yol ayrıcında hərəkəti normal qaydaya salmaqdır. Lakin inspektor onu saxlamaqla onun qayda pozmağını bildirmiş və onu cərimə edəcəyini demişdir. O inspektorla razılaşmadığına baxmayaraq ona qayda pozmağı ilə bağlı video görüntünü göstərməmiş və inzibatihüquq pozmanın sübut olunması inspektorun onun öhdəsinə düşməsinə baxmayaraq bunu sübut etmədi.O protokolla razı olmadığı halda qanuna müvafiq olaraq protokola baxılamsı üçün Mingəçevir şəhər PŞ-nin DYPB-nə göndərilməli və sözügedən hadissəni onun iştirakı ilə araşdırıldıqdan sonra qərar çıxarılmalı idi. Lakin nə o polis idarəsinə çağırılmamış, nə də hadisə araşdırılmamış, nə də sözügedən araşdırma Mingəçevir şəhər PŞ-nin DYPB-nə göndərilməmişdir. Hadisə ilə bağlı heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qərar çıxarılması tam qanunsuz və əsassızdır. Belə ki, İXM-nin 8-ci maddəsinə əsasən sübut etmək inspektorun vəzifəsidir və şübhələr onun xeyrinə həçll edilməlidir. Bundan əlavə inspektorun əlində hər hansı bir sübut olsaydı o bunu öz qərarında göstərməli idi. Belə ki, foto və ya video qeydiyyat fqnksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalı, xüsusi texniki vasitələrin göstəriciləri protokolda və qərarda xüsusi ilə göstərilməli və ən əsası istifaədə olunmuş xüsusi texniki vasitənin tipi,markası, modeli, yerləşdiyi yer, ölçmə vasitənin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt götərilməlidir. Bundan əlavə qanunvericiliyin tələbinə görə onun təqsirliyini sübut etmək onun yox inzibati protokol və qərar qəbul etmiş şəxsin vəzifəsidir. Onun təqsiri sübut olunmur. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq, Azərbaycan Respublikası Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş edir. Şikayətə baxılmasını vaxtı və yeri barəsində Bakı şəhər X8 İdarəsi rəsmi qaydada xəbərdar edilməsinə və inzbati iş üzrə toplanmış sübutların tələb edilməsinə baxmayaraq Bakı şəhər X8 İdarəsi öz nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etəməmiş və inzibat iş üzrə toplanmış sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamələrdən görünür ki, Bakı şəhər X8 İdarəsi 25 aprel 2023-cü il tarixə saat 10.00a təyin edlmiş məhkəmə iclası barədə bildirişi 19 aprel 20232-cü il tarixdə və xx.xx.2023cü il tarixə saat 12.00 təyin edlmiş məhkəmə iclası barədə bildirişi 11 may 2023-cü il tarixdə qəbul etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsi haqqında Bakı şəhər X8 İdarəsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, İş materiallarında olan Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 **-HE-*** dövlət qeydiyyat nişanlı «Opel Zafira» markalı avtomobillə Bakı şəhəri M.Müşfiq küçəsində hərəkətdə olarkən yolayrıcı qaydalarını pozmuşdur. İş materiallarında olan Bakı şəhər X8 İdarəsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 **-HE-*** dövlət qeydiyyat nişanlı «Opel Zafira» markalı avtomobillə Bakı şəhəri M.Müşfiq küçəsində hərəkətdə olarkən yolayrıcı qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–348–ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar və istinad edilən normaların müddəaları əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Bakı şəhər X8 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X4 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi X4 barəsində xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X1 **-HE-*** dövlət qeydiyyat nişanlı «Opel Zafira» markalı avtomobillə Bakı şəhəri M.Müşfiq küçəsində hərəkətdə olarkən yolayrıcı qaydalarını pozması göstərmişdir. Barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı mübahisələndirir və onun əməlində inzibati xəta tərkibi olmasını təkid edir. Məhkəmə ilki nöbdə hesab edir ki, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübutlar əldə edilməli və araşdaralmalıdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirliiyni sübut etmək vəzifəsi inzibağti xəta haqqında qərar qəbul etmiş vəzifəli şəxsə aiddir. Qanunvericiliyin tələbinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır və inzibat xəta haqqında iş üzrə müəyyən olunmalıdır. Həmçinin qanunverciliyin tələbinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalı və iş materiallarına əlavə edlməlidir. Məhkəmə işin hər tərəflə obyektiv baxılmasını təmin etmək məqsədi ilə, barəsində qərar çıxarılmış X1 əməlin inzibit xətanın tərkibi olmasını sübut etmə yükü Bakı şəhər X8 İdarəsinin vəzifəsi olmasını nəzərə alaraq, həmçinin yaranmış qşübhələri aradan qaldırmaq məqsədi ilə Bakı şəhər X8 İdarəsi məhkəməyə rəsmi qaydada çağırılmasına və inzbati iş üzrə toplanmış sübutların məhkəməyə təqdim olunamısnı tələb edilməsinə baxmayaraq Bakı şəhər X8 İdarəsi öz nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etəməmiş və inzibat iş üzrə toplanmış sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də X1 təqsiri olması barədə şübhələri məhkəmə tərəfindən aradan qaldırılamsı mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinin tələbinə görə -ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 77.2-ci maddəsinin tələbinə görə maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Şikayətə əlavə edilmi inzibati xəta haqqında protokoldan və inzibati xəta haqqında qərardan da görünür ki, Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi inzibat xəta haqqında protokol tərtib edərkən və inzbati xəta haqqında qərar qəbul edrkən İXM-nin bu maddəlrinin tələblərinə əməl edilməmişdir. Yalnız tərtib edilmiş inzibati xəta haqqında protokolda və inzibati xəta haqqında qərarda X4 **-HE-*** dövlət qeydiyyat nişanlı «Opel Zafira» markalı avtomobillə Bakı şəhəri M.Müşfiq küçəsində hərəkətdə olarkən yolayrıcı qaydalarını pozması göstərilmişdir. Həmçinin Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi üzürsüz səbəbdən məhkəməyə gəlməyərək inzibat xəta haqqında protokolun və inzbati xəta haqqında qərarın qanuni olmasını sübut etməmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin məhz İXM-in 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığından, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış Bakı şəhər X8 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 İnzibati Xətalar Məcəlləsinin məhz 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin İXM–nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə hesa edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhər X8 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130, 134-135-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhər X8 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 25 mart 2023-cü il tarxli, TR ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-342/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-342/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver