Məhkəmə qərarları › İş №3(051)-343/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-343/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-343/2021 12.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib olunmuş MN №0931127 saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix göstərilməlidir. Lakin Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi gün göstərilməmişdir. İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Ancaq qeyd edilən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barədə məlumat- doğulduğu tarix, olduğu yer və sair göstərilməmişdir. İXM-nin100.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi yer göstərilməlidir. Qeyd edilən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi yer Mingəçevir şəhəri göstərilmişdir. İnzibati protokola əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan isə görünür ki, Şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırda olduğu, yaşadığı yer inzibati protokolda göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı göstərilməlidir. Lakin qeyd edilən protokolda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı göstərilməmişdir. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun tələblərinə riayət edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardadın, “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadın çıxarıldığı tarix göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Mingəçevir şəhər polis şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar