Məhkəmə qərarları › İş №3(051)-343/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-343/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-343/2022 04.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1962-cu il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Goranboy rayonu, Alpout kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2231/2019 saylı xx.xx.2019-ci il tarixli icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq tələbkarın uşaqları ilə birlikdə ilə birlikdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 9”A” №-li evin 30№-li mənzilinə köçürülməsinə mane olmuşdur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2231/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs uşaqları- 08 dekabr 2014-cü il təvəllüdlü X2 və 20 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30№-li mənzilinə köçürülməsi qət edilmişdir. Lakin tələbkarın həmin mənzilə köçürülməsi təmin edilməmişdir. Borcluya bir neçə dəfə tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq edilməsinə baxmayaraq, qətnaməni icra etməmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2231/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsinə əsasən gəlini Zərərçəkmiş şəxs və nəvələri 08 dekabr 2014-cü il təvəllüdlü X2 və 20 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30№-li mənzilinə köçürülməsi qət edilmişdir. Səhhəti ilə əlaqədar evdən çıxa bilmədiyi üçün ilk vaxtlarda qətnamənin icra etmək mümkün olmamışdır. Ancaq xx.xx.2022-ci il tarixli aktdan da göründüyü kimi tələbkar və uşaqları həmin evə köçmüşlər. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2231/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsinə qızı Zərərçəkmiş şəxs və hər iki uşağının Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30№-li mənzilinə köçürülməsi qət edilmişdir. Lakin qızı, həmin ünvana borclunun maneələr yaratması səbəbindən köçə bilməmişdir. Ancaq işdə olan tələbkarın mənzilə köçürülməsinin baş tutması barədə aktdan görünür ki, tələbkar Zərərçəkmiş şəxs, uşaqları- 08 dekabr 2014-cü il təvəllüdlü X2 və 20 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30№li mənzilinə köçürülməsi baş tutmuşdur. Odur ki, inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2231/2019 saylı xx.xx.2019-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs uşaqları- 08 dekabr 2014-cü il təvəllüdlü X2 və 20 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30№-li mənzilinə köçürülməsi qət edilmişdir. İşdə olan tələbkarın mənzilə köçürülməsinin baş tutması barədə aktdan görünür ki, tələbkar Zərərçəkmiş şəxs, uşaqları- 08 dekabr 2014-cü il təvəllüdlü X2 və 20 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30№li mənzilinə köçürülməsi baş tutmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra məmurunun qanuni tələblərinin borclu tərəfindən qəsdən yerinə yetirilməməsi müəyyən edilmir. Belə ki, iş materiallarında olan tələbkarın mənzilə köçürülməsinin baş tutması barədə aktdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2231/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə borclu tərəfindən lazımı qaydada tədbirlər görülmüş və tələbkar Zərərçəkmiş şəxs, uşaqları- 08 dekabr 2014-cü il təvəllüdlü X2 və 20 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30№-li mənzilinə köçürülməsi qət edilmişdir. Bu da onu deməyə əsas verir ki, borclunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar