Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-344/2021 30.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs X3, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Ağdam rayonu Bozpapaqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdam rayonu, Seyidli Ərazi dairəsi, Bozpapaqlar kəndində qeydiyyatda olub, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi B59 ünvanda məskunlaşıb yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs ondan xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 136 manat məbləğdə alimentin tutulub X2 ödənilməsi barədə Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-230/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə onun 576 manat miqdarda aliment borcu yaranmışdır. İş materiallarından göründüyü kimi, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018ci il tarixli qətnaməsi ilə Şəxs xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 136 manat məbləğdə alimentin tutulub X2 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu alimenti lazımınca ödəməmiş, 576 manat miqdarda aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018ci il tarixli qətnaməsinə əsasən 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan cəmi 136 manat məbləğdə alimentin alınıb Gülşən Mustafayevaya verilməsi qət edilmişdir. Aliment borcunu ödəməkdən yayınmır. Hazırda zərərçəkmişə olan aliment borcundan 356 (üç yüz əlli altı) manatını ödəmişdir. Buna görə də barəsində olan işə xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında Şəxs ona olan aliment borcundan 356 manatını ödədiyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru X7 verdiyi izahatında Şəxs zərər çəkmişə olan aliment borcundan 356 manatını ödədiyini bildirmişdir. Şəxs, zərər çəkmişin və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, Şəxs zərər çəkmiş X2 olan aliment borcundan 356 manatını ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-344/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-344/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver