Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-344/2022 06.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş İXP ******* №li, 05.06.2022-ci il tarixli protokoldan görünür ki, 04.06.2022-ci il tarixdə, saat 22:20-də “MERCEDES BENZ 814 YÜK” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında bildirdi ki, çörək yeyən zaman az miqdarda spirtli içki qəbul etmişdir. 04.06.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “MERCEDES BENZ 814 YÜK” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Mingəçevir şəhəri, H.Əliyev prospektində idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanıldı. Hərəkətləri polis əməkdaşlarında şübhə yaratdı. Onu Mingəçevir şəhəri, rayonlararası dispanserə dəvət etdilər və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçdi. Sərxoş olduğu, spirtli içki qəbul etdiyi aşkar edildi. Əməlindən peşimandır. İşdə olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 744 №-li 04 iyun 2022-ci il tarixli aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşdur. İşə əlavə olunmuş Bərdə rayon DYPB-nın polis mayoru X3 09.07.2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə 400 manat cərimə olunmuşdur. Toplanmış sübutlara məcmuu halda qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması və inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-344/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-344/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver