Məhkəmə qərarları › İş №3(051)-345/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-345/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-345/2021 16.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızının, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, X1 və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Qəbələ rayonu Mirzəbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, ünvan 1 mənzil 37 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Məhkəmənin qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1359/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən qiyməti 340 manat olan 2 kameralı soyuducu, qiyməti 32 manat olan elektrik txovka; qiyməti 120 manat olan qoşa çarpayı; qiyməti 28 manat olan 6 ədəd stul 1 ədəd stol; qiyməti 90 manat olan 1 ədəd xalça; qiyməti 15 manat olan çilçıraq; qiyməti 60 manat olan 1 ədəd setka çarpayı; qiyməti 180 manat olan abedni madonna servis dəsti; qiyməti 75 manat olan çayni servis dəsti; qiyməti 35 manat olan kafeyni servis dəsti, qiyməti 50 manat olan 2 ədəd xrustal güldan; qiyməti 30 manat olan 2 ədəd kombot qabı; qiyməti 23 manat olan 6 ədəd rumka dəsti; qiyməti 50 manat olan 2 ədəd xrustal vaz; qiyməti 100 manat olan çəngəl-qaşıq dəsti; qiyməti 20 manat olan ütü; qiyməti 30 manat olan 18 ədəd adi boşqab; qiyməti 35 manat olan 24 ədəd bir nəfərlik boşqab; qiyməti 30 manat olan 24 ədəd kiçik boşqab; qiyməti 10 manat olan 13 ədəd nəlbəki; qiyməti 55 manat olan tozsoran; qiyməti 300 manat olan 6 ədəd yorğan; qiyməti 200 manat olan 4 ədəd döşək; qiyməti 173 manat olan 6 ədəd qaz tükündən balınc; qiyməti 60 manat olan 10 ədəd döşəkcə; qiyməti 25 manat olan 2 ədəd mütəkkə; qiyməti 50 manat olan qoşa adyal; qiyməti 38 manat olan 2 ədəd tək adyal; qiyməti 15 manat olan 1 ədəd sadə adyal; qiyməti 20 manat olan qoşa pakroval; qiyməti 20 manat olan 14 ədəd çay dəsmalı; qiyməti 40 manat olan 5 ədəd əl üz dəsmalı; qiyməti 60 manat olan 6 ədəd hamam dəsmalı; qiyməti 120 manat olan 4 ədəd qoşa çexolprostina dəsti; qiyməti 65 manat olan uşaq üçün çarpayı qətnamə icra edilən zaman naturada alınması mümkün olmadıqda həmin əşyaların dəyəri ondan alınıb X2 verilməsi qət edilmişdir. İcra vərəqəsi ilə müəyyən olunmuş borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Tələb olunan əşyalar mövcud deyil. Ancaq məhkəmə qərarına hörmətlə yanaşır və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmır. Tələb olunan əşyaların dəyərindən 600 manat ödəmişdir. Əşyaların dəyərini bir dəfədə tam ödəməyə maddi imkanı yoxdur. Elə bir əmlakı da yoxdur ki, satıb borcunu ödəsin. Əşyaların dəyərinin qalan hissəsini ödəyəcəkdir. Barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X1 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1359/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən qiyməti 340 manat olan 2 kameralı soyuducu, qiyməti 32 manat olan elektrik txovka; qiyməti 120 manat olan qoşa çarpayı; qiyməti 28 manat olan 6 ədəd stul 1 ədəd stol; qiyməti 90 manat olan 1 ədəd xalça; qiyməti 15 manat olan çilçıraq; qiyməti 60 manat olan 1 ədəd setka çarpayı; qiyməti 180 manat olan abedni madonna servis dəsti; qiyməti 75 manat olan çayni servis dəsti; qiyməti 35 manat olan kafeyni servis dəsti, qiyməti 50 manat olan 2 ədəd xrustal güldan; qiyməti 30 manat olan 2 ədəd kombot qabı; qiyməti 23 manat olan 6 ədəd rumka dəsti; qiyməti 50 manat olan 2 ədəd xrustal vaz; qiyməti 100 manat olan çəngəl-qaşıq dəsti; qiyməti 20 manat olan ütü; qiyməti 30 manat olan 18 ədəd adi boşqab; qiyməti 35 manat olan 24 ədəd bir nəfərlik boşqab; qiyməti 30 manat olan 24 ədəd kiçik boşqab; qiyməti 10 manat olan 13 ədəd nəlbəki; qiyməti 55 manat olan tozsoran; qiyməti 300 manat olan 6 ədəd yorğan; qiyməti 200 manat olan 4 ədəd döşək; qiyməti 173 manat olan 6 ədəd qaz tükündən balınc; qiyməti 60 manat olan 10 ədəd döşəkcə; qiyməti 25 manat olan 2 ədəd mütəkkə; qiyməti 50 manat olan qoşa adyal; qiyməti 38 manat olan 2 ədəd tək adyal; qiyməti 15 manat olan 1 ədəd sadə adyal; qiyməti 20 manat olan qoşa pakroval; qiyməti 20 manat olan 14 ədəd çay dəsmalı; qiyməti 40 manat olan 5 ədəd əl üz dəsmalı; qiyməti 60 manat olan 6 ədəd hamam dəsmalı; qiyməti 120 manat olan 4 ədəd qoşa çexolprostina dəsti; qiyməti 65 manat olan uşaq üçün çarpayı qətnamə icra edilən zaman naturada alınması mümkün olmadıqda həmin əşyaların dəyəri Şəxs alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Şəxs icra sənədi üzrə müəyyən olunmuş əmlakların dəyəri olan 2624 manat puldan 600 manat ödəmişdir. Pulun qalan hissəsinin də ödənilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1359/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən qiyməti 340 manat olan 2 kameralı soyuducu, qiyməti 32 manat olan elektrik txovka; qiyməti 120 manat olan qoşa çarpayı; qiyməti 28 manat olan 6 ədəd stul 1 ədəd stol; qiyməti 90 manat olan 1 ədəd xalça; qiyməti 15 manat olan çilçıraq; qiyməti 60 manat olan 1 ədəd setka çarpayı; qiyməti 180 manat olan abedni madonna servis dəsti; qiyməti 75 manat olan çayni servis dəsti; qiyməti 35 manat olan kafeyni servis dəsti, qiyməti 50 manat olan 2 ədəd xrustal güldan; qiyməti 30 manat olan 2 ədəd kombot qabı; qiyməti 23 manat olan 6 ədəd rumka dəsti; qiyməti 50 manat olan 2 ədəd xrustal vaz; qiyməti 100 manat olan çəngəl-qaşıq dəsti; qiyməti 20 manat olan ütü; qiyməti 30 manat olan 18 ədəd adi boşqab; qiyməti 35 manat olan 24 ədəd bir nəfərlik boşqab; qiyməti 30 manat olan 24 ədəd kiçik boşqab; qiyməti 10 manat olan 13 ədəd nəlbəki; qiyməti 55 manat olan tozsoran; qiyməti 300 manat olan 6 ədəd yorğan; qiyməti 200 manat olan 4 ədəd döşək; qiyməti 173 manat olan 6 ədəd qaz tükündən balınc; qiyməti 60 manat olan 10 ədəd döşəkcə; qiyməti 25 manat olan 2 ədəd mütəkkə; qiyməti 50 manat olan qoşa adyal; qiyməti 38 manat olan 2 ədəd tək adyal; qiyməti 15 manat olan 1 ədəd sadə adyal; qiyməti 20 manat olan qoşa pakroval; qiyməti 20 manat olan 14 ədəd çay dəsmalı; qiyməti 40 manat olan 5 ədəd əl üz dəsmalı; qiyməti 60 manat olan 6 ədəd hamam dəsmalı; qiyməti 120 manat olan 4 ədəd qoşa çexolprostina dəsti; qiyməti 65 manat olan uşaq üçün çarpayı qətnamə icra edilən zaman naturada alınması mümkün olmadıqda həmin əşyaların dəyəri Şəxs alınıb X2 verilməsi qət edilmişdir.. Borclu qətnaməni lazımi qaydada icra etməmiş buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Şəxs icra sənədi üzrə olan borcundan 600 manat ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs icra sənədini üzrsüz səbəbdən deyil, maddi imkanı olmaması səbəbindən icra etməməsi müəyyən olundu. Onun göstərilən maddə ilə təqsirli bilinməsi üçün əsas yoxdur. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar