Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-345/2022 06.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 15, mənzil 41-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Mingəçevir şəhər PŞ tərəfindən tərtib edilmiş MN ******* №li 04.06.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.06.2022-ci ildə şübhəli qismində Mingəçevir şəhər Polis Şöbəsində dindirilən zaman narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Ona görə də barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhərində yaşayır. Narkotik vasitədən istifadə edir. Şübhəli qismində Mingəçevir şəhər Polis Şöbəsində dindirilən vaxt narkotik vasitə qəbul etdiyi şübhəsi ilə narko-testlər götürüldü və narkotik vasitə qəbul etdiyi məlum oldu. Əməlindən peşimandır. Şəxs təqsirli olması özünün etirafı və iş üzrə toplanmış sənədlərlə sübut olunmuşdur. İnzibati materiala əlavə olunmuş 351 №li, 04.06.2022-ci il tarixli tibbi müayinə protokolunda görünür ki, Şəxs müayinə zamanı narkotik vasitə qəbul etməsi aşkar olunmuşdur. İnzibati materiala əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin 797 №li 06.06.2022-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta törədən Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli tutulduğu tarixdən, 04 iyun 2022–ci il saat 12:30-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-345/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-345/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver