Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-346/2020 28.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X7 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Mingəçevir şəhəri Şəfa Bağ küçəsi ev 25-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Şəxs bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 miqdarında aliment alınaraq X3 ödəməli olması barədə Mingəçevir şəhər məhkəməsinin 2(051)-377/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)- 377/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü İlkinur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində icra işi açılmışdır. Cavabdeh Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, daimi iş yeri yoxdur, işləmədiyinə görə alimenti ödəməmiş və aliment borcu yaranmışdır. Hazırda da aliment borcundan ödəniş edə bilmir. Zərərçəkmiş şəxs (tələbkar) X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-377/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü İlkinurun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Borclu Şəxs bu vaxta kimi heç bir ödəniş etməmişdir. Lakin borclu Şəxs maddi imkanı vardır, qərəzli olaraq alimenti ödəməkdən boyun qaçırır. Nəticədə 900 manat aliment borcu yaranmışdır. O, isə uşağa tək baxmaqda çətinlik çəkir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İcra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-377/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü İlkinur uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuş, lakin o, müxtəlif bəhanələrlə alimenti ödəməmiş, hazırda onun 900 manat aliment borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-346/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-346/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver