Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-346/2022 06.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs oğlunun Tələbkar: X5 qızının Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1974–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 A, mənzil 33 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2012 saylı 06.01.2012-ci il tarixli icra sənədi üzrə 9800 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2012 saylı 06.01.2012-ci il tarixli qətnaməsi ilə ondan 22.01.2000-ci il tarixdə doğulmuş Əliağa və 08.09.2004-cü il tarixdə doğulmuş Namiq adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində alimentin alınaraq tələbkara verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və 9800 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 9800 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 göstərdi ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan heç bir ödəniş etməmişdir. Nəticədə, 9800 manat məbləğində aliment borcu yaranmışdır. Borclu uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin müddət ərzində heç bir ödəniş etməmişdir. Borclunun alimenti ödəməməsi, onun maddi imkanı ilə bağlı deyildir. Çünki borclu alimenti qəsdən ödəməyəcəyinə dair ona söz vermişdir. Hesab edir ki, borclunun hərəkətləri qərəzlidir. Ona görə də borcun birdəfəyə ödəməsinin təmin edilməsini, əks halda isə borclunun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs oğlu izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2012 saylı 06.01.2012-ci il tarixli qətnaməsi ilə ondan 22.01.2000-ci il tarixdə doğulmuş Əliağa və 08.09.2004-cü il tarixdə doğulmuş Namiq adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində alimentin alınaraq tələbkara verilməsi qət edilmişdir. Lakin o, 2012-ci ildən Rusiya Federasiyasında yaşayır, həmin vaxtdan Azərbaycan Respublikasına gəlməmiş, bununla belə imkanı çatan qədər uşaqlarına maddi yardım etmişdir. Hal-hazırda borc məbləğindən ödəniş edə bilmir, lakin maddi imkanı düzəldikdən sonra hər ay hissə-hissə 50-100 manat ödəyə bilər. Odur ki, məhkəmədən izahatında göstərdikləri halları nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2012 saylı 06.01.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, 22.01.2000-ci il tarixdə doğulmuş Əliağa və 08.09.2004-cü il tarixdə doğulmuş Namiq adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində alimentin borclu Şəxs oğlundan alınaraq tələbkara verilməsi qət edilmişdir. İşdə olan 06.06.2022-ci il tarixli izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işində olan materialların tədqiqi nəticəsində müəyyən edildi ki, Şəxs oğlu Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2012 saylı 06.01.2012-ci il tarixli qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs oğluna dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 06 iyun 2022–ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs oğlu məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-346/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-346/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver