Məhkəmə qərarları › İş №3(051)-348/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-348/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-348/2021 17.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, zərər çəkmiş X3 vəkili X2 iştirakı ilə, xx xxx 2000-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, işləməyən, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, ev 136 A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şəxs xx.xx.2021-ci il tarixdə Yeni Həyat qəsəbəsi ev 136 A ünvanında bacısı oğlu Əlizadə Öməri vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında bu əməli etmədiyini, ona görə də, barəsində olan inzibati iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X6 ərizə ilə müraciət edərək bacısının qardaşı Şəxs onun oğlu Əlizadə Ömərə bədən xəsarəti yetirməsini bildirərək həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ö.Əlizadənin üzərində xəsarətlərin olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə bacısı oğlu Əlizadə Ömər ilə mübahisə etmiş, mübahisə zamanı Ö.Əlizadənin bədənində aşkar olunan xəsarətlər vardır. Məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətləryetirilmə müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundur. sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Təhqiqatçının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs Yeni Həyat qəsəbəsi ev 136 A ünvanında bacısı oğlu Əlizadə Ömər ilə dalaşaraq onu vuraraq xəsarət yetirmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs, Ömər Əlizadə ilə barışması, ondan heç bir şikayət və tələbi olmaması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar