Məhkəmə qərarları › İş №3(051)-349/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-349/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-349/2022 10.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsinin baş əmək müfəttişi X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsinin baş əmək müfəttişi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsinin baş əmək müfəttişi X3 tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, "xxxx" MMC-də xx.xx.2022-ci il tarixədək işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" MMC-də xx.xx.2022-ci il tarixədək işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, iş tam və hərtərfli araşdırılmadan əsassız protokol tərtib edilmişdir. Belə ki, "xxxx" MMC 2021-ci ilin oktyabr ayında fəaliyyətə başlamışdır. "xxxx" ASC-nin Mingəçevir Dəmir-Beton Məmulatları filialı fəaliyyət göstərmədiyinə görə həmin Cəmiyyətin işçiləri "xxxx" MMC-yə işə götürülmüşlər. Mingəçevir Dəmir-Beton Məmulatları filialının direktoru tərəfindən də sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmışdır. "xxxx" MMC fəaliyyətə başladığı az müddət olduğuna, maliyyə vəziyyətində çətinliklər yarandığına görə MMC vaxtında icbari sığorta müqaviləsi bağlaya bilməmişdir. Ancaq inzibati xəta haqqında protokol tərtib edilənə kimi, yəni 18 may 2022-ci il tarixdə "xxxx" MMC "xxxx" ASC ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsi” bağlamışdır. Bundan əlavə protokolda konkret olaraq hansı qanununvericiliyin tələblərinə riayət edilmədiyi göstərilməmiş, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, bir halda ki, inzibati xəta DƏMX tərəfindən informasiya sistemləri vasitəsi ilə aşkar edilmişdir, inzibati protokol da elektron formada tərtib olunmalıdır. Lakin DƏMX tərəfindən protokol elektron formada tərtib olunmamışdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Odur ki, təmsil etdiyi hüquqi şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin baş əmək müfəttişi X3 izahatında göstərdi ki, "xxxx" MMC-də xx.xx.2022-ci il tarixədək işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, elektron informasiya sistemi vasitəsi ilə “əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlili nəticəsində bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmadığı və əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması müəyyən edilmişdir. Həmçinin onların inzibati protokolu İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsində nəzərdə tutulan qaydada tərtib etməyə səlahiyyəti YOXdur, onlara icazə verilmir. Odur ki, inzibati xəta törətmiş hüquqi şəxs haqqında qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarından görünür ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə "xxxx" MMC-yə inzibati tənbeh verilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128-130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar