Məhkəmə qərarları › İş №3(051)-35/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-35/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-35/2022 19.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Mingəçevir ŞPŞ-in İTB-in polis sahə rəisi – polis baş leytenantı X1 iştirakı ilə xx xxxxxxxx 1989-cu ildə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyən e t d i: Şəxs 18.01.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri V.Hüseynov küçəsində onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Bununla yanaşı qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etiraf etməsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-in İTB-in polis sahə rəisi X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Şəxs 04.01.2022-ci il tarixdə narkotik vasitədən istifadə edərək 18.01.2022-ci il tarixdə saxlanılarkən saat 18 radələrində V.Hüseynov küçəsində polisin qanuni tələbinə tabe olmamış və test nümunəsində narkotik vasitədən istifadə etməsi faktı müəyyən edilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, o, narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları onu saxlayarkən onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsinə xahiş edir. Səhvini başa düşmüşdür və əməlindən peşmandır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs oğlu 18.01.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri V.Hüseynov küçəsində onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, bununla yanaşı Şəxs oğlu qanunsuz olaraq narkotik vasitə qəbul etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İşdə olan Mingəçevir ŞPŞ-in İTB-in polis sahə rəisi, baş leytenant X2 tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli MN ******* saylı, 18 yanvar 2022-ci il tarixli MN ******* inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs Ədalət oğlu saxlanılarkən polisin qanuni tələblərinə riayət etməmiş və onun test nümunəsində narkotik vasitə aşkar edilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-in İTB-in polis sahə rəisi, baş leytenant X2 tərəfindən tərtib edilmiş İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18.01.2022-ci il tarixdə 20:08-də inzibati qaydada tutulmuşdur. İşdə olan 26 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs 18.01.2022-ci il tarixdə saat 21:55 radələrində sidiklə müayinə edilmiş, ondan THÇ marixuana aşkar edilmişdir. Narkotikdən istifadə faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini və xətasında səmimi peşmanlığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi zamanı onun həbsdə olması nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh maddənin sanksiyasında göstərilən məbləğin dörddə üçü həddində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar