Məhkəmə qərarları › İş №3(051)-35/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-35/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-35/2023 27.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi, Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1901/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi ilə Şəxs 4000 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcunu tam şəkildə ödəyə bilmir. Himayəsində 3 azyaşlı övladı var. Övladlarından biri avtoqəzadan sonra psixi pozğunluq keçirtmiş, digər övladı isə qan azlığından əziyyət çəkir. Özü ev ustası işləyir. Qazancı uşaqlarının müalicəsinə sərf olunur. Borcundan 200 manat və 100 manat da bir ödəniş etmişdir. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi və əmlak vəziyyəti tam araşdırlmadığına, borcunu üzrsüz səbəbdən icra etməməsini təsdiq edən sənədlər inzibati protokola əlavə edilmədiyinə görə Şəxs əməlində qeyd edilən maddənin tərkibi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar