Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-350/2020 06.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X8 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10, zərərçəkmiş şəxs (tələbkar) Salehli (Fərzəliyeva) Lalə Etibar qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ağcabədi rayonu Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 mənzil 31 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Şəxs üç nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat miqdarında alimenti alınaraq Salehli (Fərzəliyeva) Lalə Etibar qızına ödəməli olması barədə Mingəçevir şəhər məhkəməsinin 2(051)-2218/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olnumuş Mingəçevir şəhər məhkəməsinin 2(051)- 2218/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat, xx xxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat, xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı X4 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində icra işi açılmışdır. Cavabdeh Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, o, işləyir 400 manat məbləğində əmək haqqı alır, həm də fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğuldur. Mingəçevir şəhər məhkəməsinin 2(051)-2218/2019 saylı xx.xx.2019-cu il qətnaməsinə əsasən Salehli (Fərzəliyeva) Lalə Etibar qızı ilə onun arasında olan nikahın pozulması və uşaqlara alimentin ödənilməsi barədə qətnamə olmasına baxmayaraq onlar faktiki olaraq bir mənzildə yaşamış və uşaqlara baxmışdır. Təxminən 1 ay bundan əvvəl məlumatı olmuşdur ki, Lalə ondan aliment tələb edir. Aliment borcun 2500 manat olduğunu bildikdən sonra 300 manat ödəmişdir. Hazırda aliment borcundan ödəmək imkanı yoxdur. Zərərçəkmiş şəxs (tələbkar) Salehli (Fərzəliyeva) Lalə Etibar qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2218/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat, xx xxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat, xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qaydasında nikahları pozulduqdan sonra onlar heç vaxt bir yerdə yaşamamış, uşaqların saxlanması üçün borclu ona aliment ödəməmişdir. İcra və probasiya şöbəsinin xəbərdarlıq məktubundan sonra 2500 manat aliment borcundan 300 manat ödəmişdir. Hazırda Şəxs 2200 manat aliment borcu vardır. Alimentin tam ödənilməsini xahiş edir. Əks halda qanun daxilində cəza verilməsini xahiş edir. İcra məmuru X10 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2218/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat, xx xxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat, xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı X4 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuş, lakin o, müxtəlif bəhanələrlə alimenti ödəməmiş, inzibati protokol tərtib edildikdən sonra 2500 manat aliment borcundan 300 manat ödəmiş, hazırda onun 2200 manat aliment borcu yaranmışdır. Ona görə də R. Fərzəliyev barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-350/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-350/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver