Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-351/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmənin iclas katibi X5 “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxxxxxxxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq Müəyyən etdim : Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam idarəsi tərəfindən “xxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, klinika ilə X7 idarəsi arasında reklam yerləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin müddəti bitdikdən sonra “xxxxxxxxxxxxxxxx” MMC dəfələrlə reklam idarəsinə müraciət edərək yenidən müqavilə bağlanmasını xahiş etmişdir. Lakin reklam idarəsi tərəfindən müqavilənin bağlanması yubadılmışdır. Hətta klinika yenidən müqavilə bağlamaq üçün dövlət rüsumu və müqavilənin pulunu da ödəmişdir. X7 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda da göstərilir ki, “xxxxxxxxxxxxxxxx” ilə X7 idarəsi arasında açıq məkanda reklam yayımına görə müqavilə bağlanmış, klinika müqavilə üzrə dövlət rüsumu ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi yenidən müqavilə bağlamaq üçün dövlət rüsumu ödənildiyi bildirmiş, eləcə də Reklam İdarəsinin məhkəməyə göndərdiyi məktubda da klinika ilə aralarında reklam yayımına görə müqavilə bağlandığını, klinika tərəfindən müqavilə üzrə dövlət rüsumu ödənildiyi göstərilmişdir. Lakin müqavilə məhkəməyə təqdim olunmadığına görə bağlanma tarixini müəyyən etmək, bu səbəbdən də qanuni, obyektiv qərar qəbul etmək mümkün olmadı. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, obyektiv, qanuni qərar qəbul edilməsi üçün qeyd edilən halların tam araşdırılması məqsədi ilə inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qərara aldım: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam idarəsi tərəfindən “xxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-351/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-351/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver