Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-351/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş Azəraycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şəbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M ü ə y y ə n e t d i m: Şəxs, ictimai işlərə cəlb olunması haqqında Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını icra etmədiyinə görə barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında bildirdi ki, o, İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-711/2020 №li qərarı ilə 160 saat ictimai işlərə cəlb olunmuşdur. O, məhkəmə qərarını, icra sənədini icra etməkdən boyun qaçırmır. Ancaq səhhəti ilə bağlı işləyə bilmədiyinə görə əvvəl qərarı icra edə bilməmişdir. Ona iş həvalə olunarsa gündə 4 (dörd) saat icra etməkdən boyun qaçırmaz. İş üzrə icraata xitam veilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsdinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 160 saat müddətində ictimai işlərə cəlb edilmişdir. Lakin Şəxs barəsində qəbul edilmiş qərarın icrasından boyun qaçırmışdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarından göründüyü kimi Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-711/2020 il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 160 saat müddətinə ictimai işlərə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə-üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs əvvəl səhhətində olan problemlə bağlı qərarı icra edə bilməmişdir. Ona təyin olunmuş ictimai işlər cəzasını çəkməkdən boyun qaçırmır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələri rəhbər tutub Q ə r a r a a l d ım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-351/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-351/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver