Məhkəmə qərarları › İş №3(051)-353/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-353/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-353/2022 10.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 535.1 -cı maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 09 iyun 2022-ci il tarixdə saat 20:55 radələrində Gəncə şossesində yerləşən “Ay İşığı” kafesində sərxoş halda ucadan söyüş söyüb, polisin qanuni tələbinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, 09 iyun 2022ci il tarixdə Mənsur adlı şəxslə birgə gəzmək məqsədi ilə Mİngəçevir şəhərinə gəlmişdilər. Daha sonra pivə içmək üçün Gəncə şossesində yerləşən “Ay İşığı” kafesinə getmiş, təxminən 3 saat orada pivə içdikdən sonra içkinin təsirindən sərxoş halda olduğu üçün orada əyləşən digər müştərilərlə münaqişə yaradaraq yüksək səslə küçə söyüşləri söymüşdür. Həmin vaxt ora polis əməkdaşları gəlmiş, onlar onu nizam intizama dəvət etsələr də, polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polis Şöbəsinə getmək üçün avtomaşına yaxınlaşdıqda maşına minmək istəmədiyi üçün oradan uzaqlaşmağa çalışmışdır. Polis əməkdaşları onu saxlayaraq xidməti maşınla ŞPŞ-nin inzibati binasına aparmışlar. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-in Post patrul xidməti bölüyündə poilis nəfəri vəzifəsində işləyir. 09 iyun 2022 -ci il tarixdə saat 20:55 radələrində Mingəçevir şəhəri Gəncə şossesində xidmətdə olan zaman bir nəfər şəxsin səs-küy salaraq nalayiq ifadələr işlətdiyini görmüşlər və həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etmək istəyərkən, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Bundan sonra həmin şəxsi xidməti avtomaşına mindirərək Mingəçevir şəhər Polis Şöbəsinə gətirmişlər. Mingəçevir şəhər Polis Şöbəsində həmin şəxsin Yevlax rayonu, Tanrıqulular kəndində yaşayan xx.xx.1995-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı şahid X1 Qəhrəmanov ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş 10 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 iyun 2022-ci il tarixdə Gəncə şossesində yerləşən “Ay İşığı” kafesindən ucadan söyüş söyüb, polisin qanuni tələbinə tabe olmamışdır. İşə əlavə edilmiş 09.06.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldsan görünür ki, Şəxs 09 iyun 2022-ci il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş 09 iyun 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xəta törədən zaman sərxoşluq vəziyyəti orta dərəcəli olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 09 iyun 2022-ci il tarixdə Gəncə şossesində yerləşən “Ay İşığı” kafesindən ucadan söyüş söyüb, polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən, sərxoş halda olması isə məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli 09 iyun 2022–ci il tarixdən saat 21:15-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar