Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-354/2023 12.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək xx.xx.2022-ci il tarixdən etibarən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment tutularaq X2 verilməli olması barədə Şuşa rayon Məhkəməsinin 2(077)-39/2022 №li 13 yanvar 2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Şuşa rayon Məhkəməsinin 2(077)-39/2022 №li 13 yanvar 2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək xx.xx.2022-ci il tarixdən etibarən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Şuşa rayon Məhkəməsinin 2(077)-39/2022 №li 13 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək xx.xx.2022-ci il tarixdən etibarən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs aliment borcunu ödəməmişdir. Sonra Şəxs barəsində axtarış qərarı çıxarılmışdır. Tapıldıqdan sonra icra və probasiya şöbəsinə gətirilmişdir. Hazırda Şəxs 5230 manat borcu vardır. Ona görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Şuşa rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək xx.xx.2022-ci il tarixdən etibarən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment ondan alınaraq X2 verilməlidir. Ancaq alimenti ödəməmiş, 5230 manat aliment borcu yaranmışdır. Borcunu ödəməyə imkanı yoxdur. Zərərçəkmiş şəxs X3 məhkəməyə teleqram göndərərək Şəxs indiyə kimi ona heç bir aliment pulunu ödəmədiyini və aliment borcunun ödənilməsi və ya Şəxs borcu ödəməzsə, həbs olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədləri araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023–cü il tarixdən saat 12:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-354/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-354/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver