Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-354/2024 29.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X4 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Kəlbəcər rayonu Zar Ərazi Dairəsi üzrə Zar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məmmədov X3 şəhəri, Samux küçəsi ilə Şəfa bağ massivinə dönən yolun kəsişməsində idarə etdiyi **-BX-*** dövlət nömrə nişanlı “Lada 21214” markalı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhərinin alaqapı istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamatdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21099” markalı “** BV *** dövlət qeydiyyat Nişanlı avtomobili vuraraq, onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək ifadəsində göstərdi ki, **-BX-*** dövlət nömrə nişanlı “Lada 21214” markalı avtomobili etibarnamə ilə o idarə edir. Mingəçevir şəhəri, Samux küçəsi ilə Şəfa bağ massivinə dönən yolun kəsişməsində idarə etdiyi **-BX-*** dövlət nömrə nişanlı “Lada 21214” markalı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində şəhərin alaqapı istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamatdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21099” markalı “** BV *** dövlət qeydiyyat Nişanlı avtomobili vuraraq, onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. O, sürət həddində hərəkət edirdi. Sadəcə qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21099” markalı “** BV *** dövlət qeydiyyat Nişanlı avtomobilin dönməsini görə bilməmiş, ara məsafəsi saxlamamışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, hadisə nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Avtomobil sığortalıdır. Hadisə nəticəsində yüngül bədən xəsarətləri almışdır. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X8 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Məmmədov X1 şəhəri, Samux küçəsi ilə Şəfa bağ massivinə dönən yolun kəsişməsində idarə etdiyi **-BX-*** dövlət nömrə nişanlı “Lada 21214” markalı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində şəhərin alaqapı istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamatdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21099” markalı “** BV *** dövlət qeydiyyat Nişanlı avtomobili vuraraq, onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Daha sonra onun barəsində protokol tərtib edərək Məhkəməyə göndərmişdir. İşə əlavə edilmiş ƏN-VİN 838653 saylı etibarnamədən görünür ki, X5 mülkiyyətində olan **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı “Lada 21214” markalı minik avtomobili xx.xx.2033-cü il tarixədək idarə etməyi Şəxs etibar etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 793 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2024-cü il tarixli 247 saylı ekspert rəyindən görünür ki, ilkin məlumat deməsinə görə xx.xx.2014-cü il tarixdə saat 21:35 radələrində idarə etdiyi Nivar markalı avtomobil VAZ-21099 markalı avtomobillə toqquşmuşdur. boynunda ağrılar olmuşdur. Müayinə olunan orta boylu kafi köklükdə və düzgün bədən qurluşludur. Bədənində başqa xəsarət aşkar olunmadı. İşə əlavə edilmiş ƏN-VİN 089719 saylı etibarnamədən görünür ki, X2 mülkiyyətində olan **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobili xx.xx.2024-cü il tarixədək idarə etməyi X6 etibar etmişdir. İşə əlavə edilmiş ƏN-VİN 838317 saylı etibarnamədən görünür ki, X2 mülkiyyətində olan **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobili xx.xx.2024-cü il tarixədək idarə etməyi Zərərçəkmiş şəxs etibar etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 793 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in 04 may 2024-cü il tarixli 246 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sol ənsə nahiyyəsində yara, qərarda göstərilən xx.xx.2024-cü il tarixə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığı yüngül zərər vurmaya aiddir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçü qərarın surəti Mingəçevir ŞPŞ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Məmmədov X1 şəhəri, Samux küçəsi ilə Şəfa bağ massivinə dönən yolun kəsişməsində idarə etdiyi **-BX-*** dövlət nömrə nişanlı “Lada 21214” markalı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində şəhərin alaqapı istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamatdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21099” markalı “** BV *** dövlət qeydiyyat Nişanlı avtomobili vuraraq, onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-354/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-354/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver