Məhkəmə qərarları › İş №3(051)-356/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-356/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-356/2022 13.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN №1319731 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə arvadı X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs Ülkər Səfərova onun arvadıdır. Onlar 2013-cü ildə ailə həyatı qurmuşlar və birgə nikahdan 2 uşaqları var. 20 mart 2022-ci il tarixdə səhər saatlarında Ü.Səfərovanın mobil telefonuna kiminsə “İnstaqram” sosial şəbəkəsində Ülkərə mesaj gəldiyini gördü və həyat yoldaşından mesaj yazanın kim olduğunu soruşdu. Ülkər Səfərova isə həmin şəxsi tanımadığını bildirdi. O, Ülkərdən telefon kilidə düşdüyündən açardan çıxarmasını tələb etdi. Lakin Ü.Səfərova əsəbindən telefonun kilidini açmadı və ona “sən başqa qadınla münasibət qurursan, günlərlə evə gəlmirsən, hələ bu azmış kimi mənə qarşı yersiz hərəkətlər edirsən” deyərək irad tutdu. Aralarında mübahisə yarandı. Qısqanclıq zəminində sillə ilə Ü.Səfərovanın başına və bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döydüyünü etiraf etdi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun əridir. Onlar 2013-cü ildə ailə həyatı qurmuşlar və birgə nikahdan 2 uşaqları var. 20 mart 2022-ci il tarixdə onun mobil telefonuna kiminsə “İnstaqram” sosial şəbəkəsində mesaj gəldi. Elçin ondan mesaj yazanın kim olduğunu soruşdu. O isə həmin şəxsi tanımadığını bildirdi. Sonra Şəxs ondan telefon kilidə düşdüyündən açardan çıxarmasını tələb etdi. Lakin Ü.Səfərova əsəbindən telefonun kilidini açmadı. Ona görə ki, Elçinin başqa qadınlarla münasibətdə olduğunu bilirdi, günlərlə evə gəlmirdi. Aralarında mübahisə yarandı. Mübahisə zamanı Şəxs sillə ilə başına və bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Yaxın qonşuluqda yaşayan nənəsi Vahidə Hüseynova onun yanına gəldi və hadisə barədə məlumat aldıqdan sonra Elçinin sakitləşmədiyini gördü. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək onun əri Elçin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Şəxs həbs olunmasına razı deyil, ancaq ona cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 159 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sol çiyin qrşağında, sol kürək nahiyyəsində və sol budunda qançırlar, küt əşyanın təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs məsuliyyətini ağırlaşdıran halın olmamasını, əməlindən peşiman olmasını nəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə göstərilən inzibati təhbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar