Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-356/2024 21.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan İstilik Elektrik Stansiyası MMC-də çilingər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan Şəxs Azərbaycan Respublikası İXM–in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “555” adlı kafenin qarşısında ucadan nalayiq söyüşlər söydüyü üçün onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və göstərdi ki, həyat yoldaşı ilə bağa gedirdilər. Həmin vaxt qapıdan çıxanda yanlarından mersedes markalı bir maşın keçmiş, maşının içərisində olan şəxsin onun həyətinə baxmasından şübhələnmişdir. Ondan sonra həmin maşın onun idarə etdiyi avtomaşını izləmişdir. O, avtomaşının izlənməsindən narahat olmuşdur. Həmin avtomaşında olan şəxslər mülki şəxslər olmuşdur. Ona görə də onun narahatlığı daha da artmışdır. O səbəbdən də həyat yoldaşını bağa düşürdükdən sonra təkrar mağazaya qayıtmalı olmuşdur. Ancaq həmin avtomaşın yenə də onu izləmişdir. O səbəbdən də o, canlı çəkiliş açmışdır ki, bu maşının onu izləməsinə kənar şəxslərə bildirsin. Ona görə də artıq onun qarşısı ilə gedən avtomaşını saxlatmaq və nə üçün onu izləməsinin səbəblərini soruşmaq istəmişdir. Lakin həmin avtomaşın saxlamamış və onlar “555” kafesinin qarşısına çatmışdır. Elə həmin vaxt o, polis maşınını görmüş və onlara müraciət etmişdir. Ondan sonra məlum olmuşdur ki, mülki maşındakı mülki geyimli şəxs də polis əməkdaşı olmuşdur. Orada polis əməkdaşları ona çəkilişi dayandırmağı təklif etmişdir. O isə həmin şəxsin onu izləməsinin səbəblərini öyrənmək istəmişdir. Ona görə də aralarında sözlə mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, əsəblərini cilovlaya bilmədiyinə görə yüngül çəkişmişlər olmuşdur. O, polis şöbəsində rəisə də sosial şəbəkədə (facebook) canlı açdığını demişdir. 102 xidməti ilə əlaqə saxlamaq ağlına gəlməmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi halların nəzərə almasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “555” adlı kafenin qarşısında xidmətdə olarkən, bir nəfər şəxsin ucadan nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib ona ictimai qaydanı pozduğunu izah edərək nizam-intizama dəvət etmələrinə baxmayaraq, onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Telefonla canlı çəkiliş apararaq ətrafdakıların diqqətini özünə cəlb etmək üçün sə-küy salmışdır. Daha sonra onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 da şahid X3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Qres qəsəbəsində “555” kafesinin qarşısında xidmətdə olarkən bir nəfər şəxsin PPXB-nin əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Şəxs ucadan səsküy salaraq nalayiq söyüşlər söyürdü, şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Telefonla canlı çəkiliş edirdi. Daha sonra həmin şəxsi polis şöbəsinə gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 da şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “555” adlıkafenin qarşısında ucadan nalayiq söyüşlər söydüyü üçün onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xəta törədən zaman ayıq vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “555” kafesinin qarşısında ucadan nalayiq söyüşlər söydüyü üçün onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbirinin başlanğıcı inzibati qaydada tutulduğu andan, yəni 20 may 2024-cü il tarixdən saat 19:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34.1, 34.3, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 20 may 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-356/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-356/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver