Məhkəmə qərarları › İş №3(051)-357/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-357/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-357/2020 10.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Ermənistan, Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı , orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 71, mənzil 19 ünvanında yaşayan Şəxs Əli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Məhkəməsinin (bundan sonra mətndə məhkəmə) xx.xx.2019-cu il tarixli 2(051)-366/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs maddi ziyana görə 8550 manat və vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 9550 manat məbləğində pul iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Şəxs Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(051)-366/2019 saylı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, işüzrə borclu Şəxs Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(051)-366/2019 saylı icra sənədi üzrə cavabdeh Şəxs maddi ziyana görə 8550 manat və vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 9550 manat məbləğində pul iddiaçı Zərərçəkmiş şəxs ödəməli olduğu halda, heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan RespublikasıİXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirdi ki, qətnamədə göstərilən məbləğ ilə razı deyil. Tələbkara olan borcunu ödəməkdən boyun qaçırmır. Belə ki, o, fərdi qaydada evlərin təmiri işi ilə məşğul olur. Tələbkarla olan razılığa əsasən onun mənzilində müəyyən təmir işləri görmüş, evin kosmetik təmir işləri qalmışdır. Qətnamə üzrə müəyyən olunmuş 9550 manat pulu tələbkara ancaq evində yarımçıq qalmış işi bitirməklə ödəyə bilər. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Şəxs qətnamə üzrə borcunu ödəmir, aramızda heç bir razılığa gəlməmişik. O, borcunu ödəməkdən imtina edir. Ona görə də, Şəxs inzibati həbs növündə tənbeh edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə borclunun məhkəmə qətnaməsini icra etməməsi səbəblərini üzrlü hesab etmir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyyən olunmadı. Məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq, Şəxs barəsindəİXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həbs müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən saat 16:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs müddəti xx xxxxxx 2020-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NEMƏT PAŞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar