Məhkəmə qərarları › İş №3(051)-357/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-357/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-357/2023 13.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı ilə xx.xx.1976-cı ildə Zəngibasarda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2an. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1113/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4830 manat pulun alınıb Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin Şəxs müəyyən edilmiş məbləğləri ödəməmiş və nəticədə 4830 manat məbləğində borcu yaranmışdır. Yaranmış borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı borclunun borcunu tam ödəməsini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs və borclu Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin borclu məhkəməyə teleqram ünvanlayaraq borcundan 1000 manat ödədiyini və onun iştirakı olmadan inzibati işə baxılmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1113/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə manatla alınıb Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1113/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə icraata başlamışdır və xx.xx.2019-cu il tarixli bildirişlə tələbin könüllü icrasıhaqqında bildiriş göndərilmişdir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manatını, xx.xx.2023-cü il tarixdə 500 manat və xx.xx.2023-cü il tarixdə 300 manatını ödəmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 4000 ABŞ dolları və 30 manat borcunu tam şəkildə ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu müvəqqəti ödəyə bilməmişdir. Hal-hazırda isə o borcunu tam ödəyib və bu o deməkdir ki, o borcunun icrasından boyun qaçırmır. Ona görə də məhkəmə hesab edir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Məhkəmənin gördüyü tədbirlər nəticəsində icra sənədi üzrə yaranmış 4000 ABŞ dolları borclu tərəfindən tələbkara tam şəkildə ödənilmiş və icra sənədi icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu Şəxs oğlunun barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını, məhkəmə qəbzlərini və eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs oğlunun barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar