Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-358/2020 07.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 A, mənzil 28 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Şəxs barəsində olan 100 manat məbləğdə inzibati cərimə olunması haqqında Mingəçevir şəhər PS-nin xx.xx.2019-cu il tarixli, ******* saylı qərarını qanunla müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən onun barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Şükürov X2 şəhər PS-nin ******* saylı 23.04.201cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğdə inzibati cərimə edilmişdir. O, qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər xx.xx.2019-cu tarixli qərarı ilə 50 manat cərimə olunmuşdur. Daimi iş yeri olmadığına görə cəriməni qanunla müəyyən olunmuş vaxt ərzində ödəyə bilməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Şükürov X2 şəhər PS-nin ******* saylı xx.xx.2019-cu il tarixli qərarı ilə 50 manat cərimə olunmuşdur. Lakin Şəxs qanunla müəyyən edilmiş müddətdə cəriməni ödəməmişdir. Araşdırma zamanı onun mülkiyyətində hər hansı bir əmlakı da olması müəyyən edilmədi ki, cərimənin ödənilməsi həmin əmlaka yönəldilsin. Şəxs əmək qabiliyyətlidir, lakin işləmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu -ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 (bir yüz altmış) saat ictimai işlərə cəlb edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-358/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-358/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver