Məhkəmə qərarları › İş №3(051)-358/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-358/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-358/2023 14.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X2, Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 19 fevral 2004-cü il təvəllüdlü X7 və 12 iyun 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 yanvar 2013-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat aliment tutularaq X3 verilməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-332/2013 №li 11 fevral 2013-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 332/2013 №li 11 fevral 2013-cü il tarixli icra sənədindən görünür ki, 19 fevral 2004-cü il təvəllüdlü X7 və 12 iyun 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 yanvar 2013-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat aliment Şəxs tutularaq X3 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-332/2013 №li 11 fevral 2013-cü il tarixli icra sənədinə əsasən 19 fevral 2004-cü il təvəllüdlü X7 və 12 iyun 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 yanvar 2013-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat aliment Şəxs tutularaq X3 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs aliment borcunu ödəməmişdir. Şəxs icra sənədinin icrasından boyun qaçırdığından barəsində axtarış qərarı çıxarılaraq axtarış işi açılmışdır. Tapıldıqdan sonra icra və probasiya şöbəsinə gətirilmişdir. Hazırda Şəxs 16240 manat borcu vardır. Ona görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli icra sənədinə əsasən 19 fevral 2004-cü il təvəllüdlü X7 və 12 iyun 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 yanvar 2013-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat aliment ondan alınaraq X3 verilməlidir. Ancaq alimenti ödəməmiş, 16240 manat aliment borcu yaranmışdır. Əvvəllər Rusiya Federasiyasında olmuşdur. Azərbaycan Respublikasına gələndən işləmir. Borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Təqdim olunmuş sənədləri araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023–cü il tarixdən saat 15:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar