Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-358/2025 13.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət: "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin əsaslandırılması: Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində AR ƏƏSMN yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən onlara qarşı MN ******* saylı protokol tərtib olunmuş və bildirilmişdir ki, guya onlar işçilərə minimum əmək haqqından aşağı miqdarda əmək haqqı veririlər və bununla da əmək qanunvericiliyinin tələblərini pozurlar. Bu sənədlərlə, protokol və inzibati qərarla razı deyillər, etirazı da X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəsmilərinə bildirmiş, lakin nəticə əldə edə bilməmişlər. Bütün əməkdaşlarına 2025-ci ilin yanvar ayından başlayaraq minimum əmək haqqının qalxmasını nəzərə alaraq müvafiq qaydada əmək haqqı ödəmiş, həmin əmək haqqından müvafiq vergi, sosial və sığorta xərcləri tutulmuşdur. Bütün bunlar Vergi Xidmətinə təqdim etdikləri rüblük hesabatda da öz təsdiqini tapmışdır. Bütün bunlara rəğmən təqdim etdikləri sübutları nəzərə almadan qanunsuz şəkildə protokol və sonra da X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul etməklə AR İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən onlara 1000 manat cərimə yazmışlar. Ona görə də X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X5 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini, elektron hökumət portalının stabil işləməməsi səbəbindən əməkhaqqı müqavilələrinə dəyişiklik edilməsinin gec yükləndiyini, X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barələrində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X3 izahat verərək, elektron sistemdə müvafiq yoxlamalar aparılarkən "xxxx" MMC tərəfindən işçilərə əmək haqqının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqından az verildiyi aşkar edilmiş, X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni olmuşdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli 3-17-5/2-24570/2025 saylı X4 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən "xxxx" MMC-yə minimum əmək haqqı ilə bağlı görüləcək tədbirlər haqqında bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli 3-17-5/2-31913/2025 saylı X4 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması üçün dəvət olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul etməklə AR İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən "xxxx" MMC 1000 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxsin nümayəndəsinin izahatından görünür ki, işçilərin əmək haqqında müvafiq dəyişikliklər edilmiş, lakin elektron sistemlərdə olan problemlər bağlı ləngimələr baş vermiş və bu barədə X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi ilə danışıqlar aparılmışdır. "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən xəta ilə bağlı olan işçilərin əmək haqqı almaları ilə bağlı izahatları alınmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 134.1.4, 135.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-358/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-358/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver