Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-359/2022 16.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d im : Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci ildə saat 00:45 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində DYP əməkdaşları xidmətdə olarkən **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Həmin vaxt sürücünün yanında əyləşmiş X4 polis əməkdaşlarının xidməti vəzifəsini yerinə yetirməyə mane olmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, sərxoş vəziyyətdə olmuş, ona görə də polis əməkdaşlarına müqavimət göstərmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Əməlindən peşimandır. X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir ŞPŞ-nin DYPX-nin inspektoru işləyir. YPX-nin digər inspektoru X3 ilə xidmətdə olarkən Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:45 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etdi. Həmin vaxt onun nəfəsindən spirtli içki iyi gəldiyi üçün Narkoloji dispanserdən keçməsini izah etdi. Avtomaşını duracağa aparmaq istəyəndə sürücünün yanında əyləşmiş sərnişin Şəxs qəsdən mane olaraq imkan vermədi. Onu nizam intizama dəvət etsələr də, Elmir tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Sonra Elgünü polis şöbəsinə gətirdilər. Şahid Mingəçevir şəhər DYPX-nin inspektoru X3 da X2 izahatına uyğun izahat verdi. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsə almanın əvvəli tutulduğu tarixdən, xx.xx.2022–ci il tarixdən saat 00:55-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-359/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-359/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver