Məhkəmə qərarları › İş №3(051)-359/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-359/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-359/2023 14.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və borclu Şəxs və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Borclu Şəxs xx.xx.2023-cü il tarixli İcra qeydinə əsasən 1600 manat pulun "xxxx" MMC-ə ödənilmsinə dair, Xocavənd rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(069)-43/2021 saylı məhkəmə əmrinə əsasən 1600manat pulun və 20 manat dövlət rüsumunun X2 ödənilməsinə dair, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)- 1755/2022 saylı qətnaməsinə əsasən 5169,33 manat pulun X4 ödənilməsinə dair və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-350/2022 saylı icra vərəqəsinə əsasən 5826,54 manat pulun və 30 manat dövlət rüsumunun X3 ödənilməsinə dair icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahatında göstərmişdir ki, Borclu Şəxs xx.xx.2023cü il tarixli İcra qeydinə əsasən 1600 manat pulun "xxxx" MMC-ə ödənilmsinə dair, Xocavənd rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(069)-43/2021 saylı məhkəmə əmrinə əsasən 1600manat pulun və 20 manat dövlət rüsumunun X2 ödənilməsinə dair, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1755/2022 saylı qətnaməsinə əsasən 5169,33 manat pulun X4 ödənilməsinə dair və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-350/2022 saylı icra vərəqəsinə əsasən 5826,54 manat pulun və 30 manat dövlət rüsumunun X3 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qeyd olunan icra sənədlərini lazımi qaydada icra etməmiş və icra vərəqələri icrasız qalmışdır. Şəxs məhkəmə sənədləri əsasında yaranmış borclarını ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Barəsində inzibati tənbeh növündə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında borcu Şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli İcra qeydinə əsasən 1600 manat pulun "xxxx" MMC-ə ödənilmsinə dair, Xocavənd rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(069)-43/2021 saylı məhkəmə əmrinə əsasən 1600manat pulun və 20 manat dövlət rüsumunun X2 ödənilməsinə dair, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1755/2022 saylı qətnaməsinə əsasən 5169,33 manat pulun X4 ödənilməsinə dair və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-350/2022 saylı icra vərəqəsinə əsasən 5826,54 manat pulun və 30 manat dövlət rüsumunun X3 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Onun hazırda Bəxtiyara borcu yoxdur. Nuşurəvan olan borc barədə öz aralarında razılığa gəlmişlər, bu barədə məktubu təqdim edəcəkdir. Baku Eleltroniksə olan borcunu aprel ayının sonuna kimi bağlaycaqdır. Turan adlı şəxsə onun borcu yoxdur, ödəmək fikridə yoxdur. Ona görə də izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Borclu və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs məhkəmə aktları və icra qeydi çıxdıqdan sonra lazımi qaydada ödəniş etməmiş yalnız müddət uzatmaqla icra vərəqələrini icra etməkdən yayınmağa çalışır. Ona görə də borcun ödənilməsindən yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməmə göstərilən maddənin tərkibini tam formada yaradır. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 14 aprel 2023–cü il tarixdən saat 18:00-dan hesablansın, Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar