Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-359/2025 25.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1977–ci il tarixdə Ermənistan Respublikası Masis (Zəngibasar) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs(FİN xxxxxxx) Azərbaycan Respublikası İXM-in(bundan sonra – İXM) 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsi üzrə yaranmış 11250 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-359/2025 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-185/2025 saylı qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-359/2025 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxılması zamanı Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu borcunu icra şöbəsindən kənar qaydada ödədiyini bildirir. Odur ki, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 60/2024 saylı icra vərəqəsinə əsasən ondan 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi icraya yönələnə qədər o, tələbkarla aralarında olan razılığa görə qətnamədə göstərilən məbləğdən artıq, yəni 13500 manat məbləğində pulu hissə-hissə də olsa tam şəkildə ödəmiş, tələbkar da onun müqabilində avtomobili qaytarmış və ona etibarnamə vermişdir. İcra sənədi icra və probasiya şöbəsinə verildikdən sonra tələbkar onun ödədiyi məbləğləri inkar edərək, həmin pulu yenidən tələb etmişdir. Belə ki, tələbkar onun ödəniş etməyini sübut etməsini bildirir, halbuki, o, tələbkarla yaxın münasibətdə olan qohumları vasitəsi ilə razılaşmış və pulu ödəmişdir. Hazırda onun əlində rəsmi sənəd olmamasından sui-istifadə edən tələbkar əsassız olaraq ondan yenə pul tələb edir. Onun 13500 manat pulu tələbkara ödəməsi ilə bağlı rəsmi sənəd olmasa da, tələbkarın etirafı ilə bağlı səs yazıları və pulu təqdim edən şahidlər vardır, lakin tələbkar yenə də pulun ödənilməsini inkar edir. Tələbkar əsasən məhkəmə prosesi zamanı olan mübahisəni bəhanə gətirərək, ondan qisas almaq məqsədini aşkar surətdə büruzə verir. Hesab edir ki, tələbkarın hüquqdan sui-istifadə etməsi, yəni pulu alarkən heç bir rəsmi sənədə imza etməməsinə istinad etməsi əsaslı deyildir. Çünki o, tələbkara pulu təqdim edərkən şahidləri olmuş, həmçinin səs yazısı ilə onunla əlaqə saxlamışdır. Bütün bu halların olmasına baxmayaraq, tələbkar icra sənədinin olmasına əsaslanaraq ondan əsassız olaraq pul tələb edir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi – Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dedikləri ilə eyni məzmunlu izahat verib Şəxs icra sənədi üzrə borcu tam ödədiyini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(013) – 1014/2025 saylı qətnaməsi ilə həmin borcun ödənilməsinin bir daha təsdiq olunduğunu göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq ona verilməsi qət edilmişdir. Borclu tərəfindən mövcud borcundan ona ödəniş edilməmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq əvvəldə verdiyi izahatı təsdiq edərək Şəxs tərəfindən icra sənədi üzrə ona borcun ödənilmədiyini bir daha qeyd etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, onun Şəxs pul borcu olmuşdur.Şəxs ona zəng edərək Zərərçəkmiş şəxs 2000(iki min) manat borcu olduğunu bildirmiş, həmin 2000(iki min) manat pulu Zərərçəkmiş şəxs verməsini xahiş etmiş,o da öz növbəsində qeyd edilən məbləği işlədiyi avtoservis məntəqəsində sonuncuya vermişdir. Məbləğin hansı tarixdə verməsini xatırlamır. Eləcə də pulun Vasib Quliyevə verilməsi ilə bağlı hər hansı bir əlyazma qəbzinin olmadığını qeyd etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, mart ayının 5-i ya 6-ı Ramin ona zəng edərək onun Vasibə pul borcu olduğunu söyləmiş, borcun Vasibə verilməsi üçün onunla birlikdə getməsini xahiş etmişdir. İkisi birlikdə Mingəçevir şəhər “Əşya Bazarı”nın yanındakı maşın dayanacağına getmişlər.Raminin maşından düşüb, Vasiblə görüşərək ona 5000(beş min) manat pul verdiyini qeyd etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Vasiblə eyni rayondandırlar və bir-birini tanıyırlar.Şəxs ona bildirmişdir ki, Vasibə olan borcunu verib qurtarmışdır, lakin sonuncu onu məhkəməyə vermişdir. Bununla bağlı o, Vasibin özü ilə görüşmək istəsə də alınmamış, onun qardaşı ilə görüşmüşdür.Vasibin qardaşının ona deməsinə görə, Vasib Şəxs pulu alıb qurtarmışdır, lakin öz aralarında olan bəzi söhbətlərə görə Vasib Ramini qeyd edilən işlə bağlı incidir. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, hər iki şəxslə münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2022-ci ildə avtoqəza keçirmiş, həmin maşını Şəxs satmışdır.Təqribən hadisədən bir ilə sonra Vasib ona zəng edərək həmin maşını almaq istədiyini,maşın onun adına olduğu üçün Mingəçevir regioanal “ASAN xidmət” mərkəzinə gəlməsini xahiş etmişdir.Vasiblə qeyd edilən yerdə görüşərək ona etibarnamə vermişdir. Bundan sonra Ramin və Vasib bir yerdə olarkən Fuad Allahverdiyevə zəng edərək ona 2-3 gün sonra zəng edəcəklərini, edilən zəngdən sonra maşını öz adına qeydiyyatdan çıxararaq etibarnamə ilə Raminin adına keçirmək lazım olduğunu bildirmişlər. Qeyd edilən telefon danışığından sonra Şəxs Fuada Allahverdiyevə zəng edərək Zərərçəkmiş şəxs 13500 manatı verdiyinə əmin edərək ona etibarnamə verməsini xahiş etmişdir.Fuad Allahverdiyev onun bu xahişinə əməl edərək etibarnaməni vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs maşının texniki pasportunu ala bilmədiyini bildirmişdir.X4 zəng edərək ondan Şəxs pulu ödəyib-ödəməməsi barədə soruşduqda, Vasib pulun ödənildiyini bildirmiş, texniki pasportun verilməsini isə Raminlə öz aralarında həll edəcəklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsi üzrə yaranmış 11250 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-434/2024 saylı qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-434/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ağdam Rayon Məhkəməsinin 2(013)-1014/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamədən görünür ki, Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı pul tələbinə dair iddia qismən təmin edilmişdir. Məhkəmə iclası zamanı Şəxs, Zərərçəkmiş şəxs ilə aralarında olan, icra sənədi üzrə borcun sonuncuya ödənilməsi ilə bağlı danışığın mobil telefonda olan videoyazısını məhkəməyə təqdim etmiş və həmin videoyazı məhkəmə iclasında tədqiq edilib CD diskə köçürülərək sübut kimi iş materiallarına əlavə olunmuşdur. Həmin videoyazıya məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs borcunu ödəməsi ifadəsinə qarşı sonuncu “ödəmisən, rəsmi şəkildə ödəyərdin”, “mən danmıram ki, vermisən-verməmisən sübut elə”, “mənim pulumu niyə vaxtında vermirdin”, “gətirib pulumu kom verəydin” ifadələri ilə cavab vermişdir. Həmçinin həmin videoyazıda Zərərçəkmiş şəxs, Şəxs Azər Əliyevin yanında ona 5000 manat pul verdiyini təsdiqləməsi müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsini icra etdiyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə Şəxs borcunu ödəməməsi faktı əvvəlki məhkəmə qərarları, şahid ifadələri və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim olunmuş videoyazı ilə təkzib olunur. Belə olan halda barəsində protokol tərtib edilmiş şəxsin tam təqsirli olması, yəni onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin məcmu halında mövcud olması öz təsdiqini tapmır. Bu hallar isə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların dairəsinə daxildir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-359/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-359/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver