Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-360/2024 27.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Mİngəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 29 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1607/2022 saylı icra sənədi və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1963/2022 saylı icra sənədi borclu Şəxs tərəfindən icra edilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclunun hal-hazırda hər ik icra sənədi üzrə ayrı-ayrılıqda 1535 manat aliment borcu və 5070 manat vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Məmmədov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, hazırda onun hər iki icra sənədi üzrə 1535 manat və 5070 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1607/2022 saylı icra sənədi və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1963/2022 saylı icra sənədinə onun X5 hər iki icra sənədi üzrə müvafiq olaraq 1535 manat və 5070 manat borcu yaranmışdır. O, aliment borcunu ödəməkdən boyun qaçırmır. Lakin iş tapa bilmədiyi üçün borcunu ödəyə bilmir. İş tapanda aliment borcunu ödəyəcək. Digər icra sənədi üzrə isə aliment borcu olduğu üçün ödəyə bilməmişdir. Aliment borcu ödədəikdən sonra hissə-hissə ödəyəcək. X2 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, borclu tərəfindən icra sənədi üzrə yaranmış borcun ödənilməsini tələb edir. Əksə halda ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1607/2022 saylı icra sənədi və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 1963/2022 saylı icra vərəqələri üzrə müvafiq olaraq, 1535 manat və 5070 manat pul borcu yaranmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1607/2022 saylı icra vərəqəsindən görünür ki, Birgə nikah dövründə yaranmış 6400 manat məbləğində kredit borcu X6 ilə Şəxs arasında 1/2 hissədə bölünsün, həmin kredit borcunun 5000 manatının, həmçinin ödənilmiş 50 manat mediasiya xərcinin və 20 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1607/2022 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1963/2022 saylı icra vərəqəsindən görünür ki, X6 ilə Şəxs arasında xx.xx.2022- ci il tarixdə bağlanmış, Şəxs 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün, hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment alınaraq X3 bank hesabına köçürülməsinə dair barışıq sazişi təsdiq edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1963/2022 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 27 may 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-360/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-360/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver