Məhkəmə qərarları › İş №3(051)-360/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-360/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-360/2025 15.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.1 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Fərəcov X3 şəhər Naxçıvan küçəsində müvafiq icra hakimiyyətinin icazəsi olmadan araşdırma işləri aparmış və inzibati xətanın qarşısını alan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:25 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində olan zaman küçə ticarəti ilə məşğul olmuş və aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən sənədi tələb edildikdə narazılıq etmiş, ora gələn polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, səyyar olaraq meyvə-tərəvəz satışı ilə məşğuldur. Lakin küçə ticarəti ilə məşğul olması üçün müvafiq icazə sənədi almamışdır. Mart ayına kimi maşında meyvə-tərəvəz satışı ilə məşğul olması üçün ona şifahi razılıq vermişlər. Həmin vaxtdan sonra icra hakimiyyətinə sənəd almaq müraciət etmiş, daha sonra Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə yönləndirilmişdir. Həmin sənədi aldıqdan sonra Mingəçevir şəhəri, Naxçıvan küçəsində ticarəti ilə məşğul olmaq üçün ona verilən qurğudan əlavə taxta quraşdıraraq küçə ticarəti fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2025ci il tarixdə icra hakimiyyətinin əməkdaşları həmin yerə yaxınlaşaraq əlavə qurğu quraşdırmasını bildirərək pozuntu törətdiyini bildirdilər. Daha sonra ora polis əməkdaşları yaxınlaşmış və onu polis şöbəsinə gətirdilər. O, polis əməkdaşlarına qarşı tabesizlik etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 izahat verərək bildirdi ki, Mingəçevir şəhər Bələdiyyəsində “Vergi və ödənişlər” şöbəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə qanunsuz küçə ticarəti ilə bağlı keçirilən reyd zamanı Mingəçevir şəhəri, Naxçıvan küçəsində Şəxs tərəfindən təxminən 25-30 kv.m. olan ərazi zəbt edilərək qanunsuz küçə ticarəti ilə məşğul olması müəyyən edilmişdir. Həmin vaxtı komissiya üzvləri olaraq ona yaxınlaşıb müvafiq sənəd təqdim edilməsi bildirilsə də, həmin şəxs narazılıq edərək, əlinə bıçaq alaraq özünə xəsarət yetirəcəyini bildirmişdir. Daha sonra oraya polis əməkdaşları çağıraraq həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 izahat verərək bildirdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 №li sahə ərazi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə qanunsuz küçə ticarəti ilə bağlı keçirilən reyd zamanı Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketin qarşısında Şəxs tərəfindən təxminən 25-30 kv.m. olan ərazi zəbt edilərək dəmir konstruksiya quraşdırılmaqla qanunsuz küçə ticarəti ilə məşğul olması müəyyən edilmişdir. Həmin vaxtı komissiya üzvləri olaraq ona yaxınlaşıb həmin torpaq sahəsinə və quraşdırmaya dair sənəd təqdim edilməsi bildirilsə də, həmin şəxs narazılıq edərək, əlinə bıçaq alaraq özünə xəsarət yetirəcəyini bildirmişdir. Daha sonra oraya polis əməkdaşları çağıraraq həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişlər. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 394.0.1 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “imtinaya dair” protokoldan görünür ki, Fərəcov X3 Şəhər Polis Şöbəsində izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:45-də Mingəçevir Şəhər Polis Şöbəsində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə məşğul olmağa görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin mövqeyi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:45-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar