Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-361/2020 21.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və Sadəddinov Rövşən Sadəddin oğlunun Mingəçevir şəhər Polis şöbəsinin İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından (protokoldan) şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Sadəddinov Rövşən Sadəddin oğlu onun Azərbaycan Respublikası İXM-nin 221.2ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə olunması barədə Mingəçevir şəhər Polis şöbəsinin İnzibati xəta haqqında İXP ******* saylı qərarından (protokoldan) şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-344 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Sadəddinov Rövşən Sadəddin oğlu barəsində tərtib edilmiş İXP ******* saylı protokolu əsasənda verilmiş TP3809405 saylı qərar ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, sözügedən iş üzrə yekun məhkəmə aktı qəbul olunmuş və mübahisələndirilən qərar ləğv olunmuşdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Sadəddinov Rövşən Sadəddin oğlunun Mingəçevir şəhər Polis şöbəsinin İXP ******* saylı qərarında (protokolundan) verdiyi şikayət üzrə inzibati icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-361/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-361/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver